Accessibility links

Siyasi məhbusların yeni siyahısı – 144 nəfər


Siyasi məhbuslar
Siyasi məhbuslar

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu 2016-cı ilin noyabr ayının əvvəllərinə qədər daxil olan müraciətləri araşdıraraq siyasi məhbusların siyahısının yenilənmiş variantını təqdim edir.

İşçi qrupunun yaydığı məlumata görə, yenilənmiş siyahıya 144 nəfərin (bu ilin oktyabr ayında elan olunan siyahıda 139 nəfər idi) adı salınıb.

Məlumata görə, siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan Siyasi məhbuslar bölməsindəki şəxslərin sayı 119-dur (bundan öncə 94 olub). Onlardan 6 nəfərijurnalist və bloger (6), 2 nəfəri şair və yazar (2), 1 nəfəri hüquq müdafiəçisi (1), 5 nəfərigənc fəal (5), 5 nəfəri siyasətçi (5), 86 nəfəri inanclı fəal (61), 3 nəfəri isə ömürlük həbs olunma cəzasına məhkum olunmuş (3) məhbuslardır. 11 şəxs (11) yuxarıdakı kateqoriyaların heç birinə aid olmadığı üçün digər siyasi motivlə həbs olunan şəxslər qrupuna aid edilib.

İşçi Qrupun potensial siyasi məhbus kimi tanıdığı, lakin sənədlərinə əl çatımlıqda çətinliklər yaranması səbəbindən işləri barədə məlumatları tam olmayan məhbuslar İşləri monitorinq altında olanlar bölməsinə salınıb. Bunların sayı 25-dir. Oktyabr ayında açıqlanan siyahıda onların sayı 45 idi. İşçi Qrupu həmin şəxslərin işlərini araşdıraraq onlardan 23-nü siyasi məhbus kimi tanıyıb. Həmçinin işləri monitorinq altında olan şəxslərin siyahısına daha 3 şəxsin adı salınıb.

İşçi Qrup bu ilin dekabr ayının sonunda monitorinq altında olan digər işlər üzrə araşdırmaları da yekunlaşdırmağı və bu barədə qərarını ictimaiyyətə açıqlamağı nəzərdə tutur.

Öz növbəsində, Azərbaycan dövlət və hökumət rəhbərləri ölkədə siyasi məhbusların olmadığını bəyan edib. Onların fikrincə, Azərbaycan hüquqi dövlətdir, Avropa hüquq məkanına daxil olub. Ölkədə bütün insanlar qanun qarşısında bərabərdir, insanlar yalnız əməllərinə görə cəzalandırılır. Siyasi motivlərlə, fikir və mülahizələrinə görə heç kim cəzalandırmayıb.

Bununla yanaşı, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda 13 nəfəri “vicdan məhbusu” elan edib. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda hüquq və azadlıqların pozulması ilə bağlı çoxsaylı şikayətləri təmin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG