Accessibility links

Hüquq müdafiəçiləri ATƏT-i həbslərə göz yummamağa çağırıb


“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının toplantısı

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının toplantısı

Kütləvi həbslərlə bağlı hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər, vətəndaş cəmiyyətləri və beynəlxalq təşkilatların iştirakı ilə böyük forumun keçirilməsi təklif edilib

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının lideri İlqar Məmmədovun vicdan məhbusu elan olunması ilə bağlı beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational-a müraciət edəcək. Bu barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gulalıyev son günlər Binə və İsmayıllı hadisələri zamanı digər həbs olunanların hüquqlarının müdafiəsi ilə bağlı toplantıda deyib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti artıq bu hadisələrlə bağlı həyacan təbili çalır.

Belə ki, son həbslər göstərir ki, Azərbaycanda siyasi məhbusların sayı durmadan artır. Bu həbslərin qarşısını almaq məqsədilə yaxın günlərdə işçı qrupunun yaradılacağını deyən O.Gulalıyevin fikrincə həbs olunanların birgə müdafiə sisteminə ehtiyacı var. Bundan əlavə, koordinator ölkədə olan kütləvi həbslərlə bağlı hüquq müdafiəçilərindən, vəkillərdən, jurnalistlərdən, vətəndaş cəmiyyətinin nümayəndələrindən beynəlxalq təşkilatlardan ibarət böyük forumun keçirilməsini təklif edib.

Son günlər Binə və İsmayıllı hadisələri zamanı digər həbs olunanlara hüquqi qiymət verən vəkil Əsabəli Mustafayev seçkiqabağı həbslərin gözlənilən olduğunu deyib.

Vəkil Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Almaniya parlamentinin üzvü Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul edilməməsinə toxunub.

“Burada ən çox məsuliyyət bizim üzərimizə düşür. Daha yaxşı işləmək lazim idi. Avropa Şurasının 600 dən çox deputatı var. Onların bir çoxu Azərbaycandakı vəziyyətdən xəbərdar deyil. Onların ölkədəki vəziyyət barədə maraqlandırılmasına çalışmalıydıq”, - vəkil vurğulayıb.

Vəkil alyansın saytının, bu işləri həyata keçirən vahid qurumun yaradılmasının vacibliyini bildirib.

Sonra keçmiş siyasi məhbuslar çıxış edərək ölkədə yaranmış vəziyyətdən narahatlıqlarını bildiriblər. Onlar ATƏT-in Baki ofisinin məsuliyyət hissinin artırılması, ölkədəki həbslərə göz yummaması ilə bağlı sosial şəbəkələrdə kampaniya yaradılmasını təklif ediblər.
XS
SM
MD
LG