Accessibility links

Siyasi partiyalarla bağlı qanunvericilik sərtləşdirilib


Milli Məclis
Milli Məclis

Milli Məclis cinayət, inzibati xətalar və başqa qanunlara dəyişiklik edib. 1000 manatdan 30 000 manatadək cərimə, 2 ilədək həbs müəyyən edilib

Milli Məclisin 11 dekabr iclasında siyasi partiya qanunvericiliyi ilə bağlı sənədlər qəbul olunub.

“Media forum” saytının məlumatına görə, yenilik Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilməsini nəzərdə tutur. Həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə bu cəzalar yer alır: 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə.

İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib. Yeniliyə əsasən, siyasi partiyaların dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500 manat, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcək. Bu əməlin təkrar törədilməsinə görə isə layihədə fiziki şəxslərin 1500-3000 manat, vəzifəli şəxslərin 3000-6000 manat, hüquqi şəxslərin 15000-30000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.

“Mühasibat uçotu” haqqında qanuna dəyişikliklərə görə, siyasi partiyalar maliyyə hesabatlarını sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməlidir. Siyasi partiyalar illik maliyyə hesabatlarını hər il aprelin 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına verməlidir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidir.

Layihəni təqdim edən parlament komitəsinin sədri Əli Hüseynli deyib ki, “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliyə yenidən baxılıb. Qanunun 4.2-ci maddəsinə təklif olunan “dövlət orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərinin strukturlarının yaradılmasına yol verilmir” dəyişikliyinə yenidən baxılıb: “Bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik və dəyişikliyin layihədən çıxarılmasına qərar verildi”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG