Accessibility links

Siyəzən rayonunda dağlıq ərazidə yanğın baş verib


Siyəzən rayonunda dağlıq ərazidə yanğın baş verib

Siyəzən rayonunda dağlıq ərazidə yanğın baş verib

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 160 nəfərə qədər canlı qüvvəsi, çoxsaylı texnikası, o cümlədən helikopterləri işləyir.

Bakıdan 100 kilometr şimalda yerləşən Siyəzən rayonunda dağlıq ərazidə otlaq sahəsində yanğın baş verib və küləkli hava alovun sürətlə yayılmasına səbəb olub. Hazırda yanğının ümumi sahəsi 600 hektaradək ərazini əhatə edir. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin 160 nəfərə qədər canlı qüvvəsi və çoxsaylı texnikası, o cümlədən helikopterləri hadisə yerində işləyir.

Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

XS
SM
MD
LG