Accessibility links

Yeniyetmə qızlar uğurlu həyata və karyeraya həvəsləndirilir [Video]


Proqramın məqsədi gənc qadın liderlər ordusu yaratmaqdır

Yaşlılar çox vaxt gənclərin həyatının bu gün daha asan olduğunu deyirlər. Buna inanmayın! Gənclərin, əsasən də qızların üzləşdiyi çətinliklərin sıyahısı əslində çox uzundur: sataşmaq, stress, narkotik maddələr, zorakılıq, depressiya və yeniyetmə dövründə hamiləlik. Amma artıq onlara yardım göstərən bir proqram var. Nyu-Yorkda yaradılmış bu proqram 13-19 yaşlarında qızlara bu stresslərin öhdəsindən gəlməyə yardım edir.

Biz inanırıq ki, hər bir qıza dəstək verən müdafiəçi lazımdır, elə bir müdafiəçi ki onlardan heç vaxt üz döndərməyəcək və onları xəyallarından daşınmağa qoymayacaq

“Güclü olmaq” sözü “Siz Yeniyetmələrin Gücü” adlı proramın icraçı direktoru və təsisçisi Felişa Gibson Ceykoksun lüğətində böyük yer alır. 2 ildir fəaliyyət göstərən təşkilatın mərkəzi Harlemdə yerləşir və burada könüllülər 40 gənc qadına məsləhət verir. Bəzi qızlar mühacir ailələrindəndir. Təşkilatın məqsədi qızlara dəstək olmaq və onları uğurlu həyat və karyeraya doğru aparmaqdır.

Məktəbin əlaçı şagirdlərindən biri olan 17 yaşlı Aleksandra Kristofer proqram iştirakçılarının ona sintezator almamışdan öncə heç vaxt piano çalmayıb. İndi onun pianodan əlavə müəlliməsi də var- sahibkar Şauna Qraham.

“Mənim ən böyük məqsədim böyüyəndə bir pianoçu kimi bütün dünyada qastrol səfərlərinə çıxmaqdır. Bu arzu çox böyük olsa da, inanıram ki həyata keçə bilər.”

“Siz Yenityetmələrin Gücü” proqramında heç kəs səni aşağılamağa çalışmır

“Mən istəyirəm ki, o, şəxsiyyətini, qeyri-adiliyini, xüsusiliyini anlasın və onda etmək istədiklərinə bir inam yaransın və o, qarşısına məqsəd qoyub ona nail ola bilsin.”

Kayla MakMillan çörəkçi sahibi olmaq istəyir. O deyir ki, “Sənin gücün” proqramı ona 15 yaşlı qızın üzləşdiyi sataşmaq və qısqanclıq kimi çətinliklərin öhdəsindən gəlməyə kömək edir.

“Məktəbdə çox adam mənim arxamca danışır, çünki mənim öz problemlərim var və məncə, bu, onların xoşuna gəlmir. Amma burada “Siz Yenityetmələrin Gücü” proqramında heç kəs səni aşağılamağa çalışmır.”

Proqramın təsisçisi MakMillana müəllimlik edir. O, yeniyetmələrin böyük problemlərinin olduğunu deyir.

Mən istəyirəm ki, o, şəxsiyyətini, qeyri-adiliyini, xüsusiliyini anlasın və onda etmək istədiklərinə bir inam yaransın və o, qarşısına məqsəd qoyub ona nail ola bilsin

“Onlar sataşmaq, stres, narkotik qəbul etmə, hamiləlik və özünə inamsızlıq kimi problemlərlə üzləşirlər. Biz inanırıq ki, hər bir qıza dəstək verən müdafiəçi lazımdır, elə bir müdafiəçi ki onlardan heç vaxt üz döndərməyəcək və onları xəyallarından daşınmağa qoymayacaq.”

Proqramın bir hissəsi olaraq qızları uğurlu sahibkarlarla tanış edirlər. Andrea Reyes və onun bacısı Uqandada yaşayıb işləyiblər. Reyes qızlara deyib ki, Uqanda onun həyatını formalaşdırıb.

“İnsanların çox pulu olmadığı üçün onlar hər şeydən xarab olana qədər istifadə edirlər. Məsələn bir köynəyi geyinirlər, cırılandan sonra ondan saç lenti kimi və ya təmizlik üçün istifadə edirlər.”

Təsisçi Ceykoks qızların özlərini təmin edə bilməsi, eləcə də öz icmaları və bütün dünyaya lazımi töhfələri verə bilməsi üçün onların fərqli gələcəyi olmasını və gənc qadın liderlər ordusu yaratmasını istəyir.

XS
SM
MD
LG