Accessibility links

Norveçin paytaxtı Osloda partlayış hazırlamaqda şübhəli bilinən 1 nəfər həbs edilib.

Aprelin 8-də şəhərin mərkəzi rayonlarından birində partlayıcı qurğu aşkar edilib.

Polis onun çox da güçlü olmayan əldədüzəltmə bomba olduğunu müəyyən edib və qurğu zərərsizləşdirilib.

Hazırda istintaq gedir.

Aprelin 7-də İsveçdə 4 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra bütün Skandinaviya ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Həmin terroru törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. O, yük maşınını adamların üzərinə sürüb.

Polis onun əslən Özbəkistandan olduğu bildirilir, amma adını hələ ki, açıqlamayıb.

Bu gün İsveç rəsmiləri hücumla əlaqəsi olan ikinci şübhəlinin ələ keçirildiyini bildirib.

İsveç kralı Karl Qustav qurbanların ailələrinə başsağlığı verib.

Almaniya kansleri Angela Merkel və London meri Saddiq Xan İsveçə həmrəylik bəyanatları ünvanlayıb.

Avropa Komissiyasının prezidenti Jan-Klod Canker Avropa şəhərlərinin onları sıradan çıxarmaq istəyənlərin hədəfinə çevrildiyini bildirib.

Fransa prezidenti Fransua Olland hücumları dəhşət kimi qiymətləndirib.

Cümə günü qurbanların xatirəsinə Parisin Eyfel qülləsinin işıqları 5 dəqiqə müddətinə söndürülüb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG