Accessibility links

Skarlett Cohansson boşanmasını hər kəsdən gizli saxlayıb


Skarlett Cohansson şəxsi məsələləri gizli saxlamağı yaxşı bacarır.

O və Romein Duriaç boşanmalarını hər kəsdən gizli saxlayıb. E! Online-a istinadən aktrisa bu xəbəri altı ay hər kəsdən gizlədib.

Maraqlısı bundadır ki, Skarlett bütün bu vaxt ərzində ictimayyətdən kənarda olmayıb. O, filmlərini reklam edib, “Ghost in the Shell and the Avengers” kimi bloqbasterlərdə çəkilib.


Skarlettin həm də 2 yaş yarım olan qızı var. Və Skarlettin şəxsi həyatında baş verənləri ictimailəşdirməməsi onun ailə məsələlərini diqqət mərkəzindən kənar saxlamaqla ailəsinə nə qədər hörmət və diqqətlə yanaşmasını göstərir.

Bir dəfə o Parade jurnalına “Bir tərəfdən uşaqları ictimayyətdən təcrid etmək istəmirsən, digər tərəfdən isə uşaqların daim diqqət mərkəzində olmaqla havalanmasını da istəmirsən” deyə bildirib.


Skarlettin sosial mediada tez-tez görünməməsi və ümumiyyətlə mumlamağı bacarması onu Hollivuda sir saxlamağı bacaran bir aktrisa kimi tanınmasına səbəb olub.


XS
SM
MD
LG