Accessibility links

Elm

HOVERBOARD - Təkərsiz maqnit skeytbord [Video]


Yəqin ki, iki maqinitin eyni üzünün yer cazibə qüvvəsinə qarşı gələrək bir birini itələməsini görmüsünüz. Belə olan halda bu maqnetik oyuncağa bənzər cism havada qalır.

1980-ci ildən bəri bu prinsiplərə əsaslanaraq Avropa, Yaponiya və Çində maqnetik qatarlar fəaliyyət göstərir. Qatar səthə toxunmur, heç bir sürtünmə baş vermir və demək olar ki, maqnetik vaqonlarda heç bir səs yoxdur və böyük sürətlə hərəkət edir.

Memar Qreq Henderson və həyat yoldaşı Cil Arks Paks şirkətinin təsisçiləridir. Onlar deyir ki, eyni texnologiyadan istifadə edərək istənilən şeyi havada saxlamaq olar. Hətta binaları da.

Qreq Henderson: "Təsəvvür edin ki, zəlzələ baş verir və xəbərdarlıq sistemində ilkin siqnal işə düşür və binalar yuxarı qalxdıqca sütunlar yerdən ayrılır. Zəlzələ dayanır, sütunlar yerinə qayıdır. Beləliklə otaqda və ya binada heç kim zəlzələ baş verdiyini bilmir."

Məhfumu anlamaq üçün Hendersonun şirkəti Hendo adlanan ilk maqnetik skeytbordu düzəldib. Hoverbord bir adamı 2.5cm metal səthdən yüksəkdə tuta bilir.

Qreq Henderson: "Biz maqnetik sahə meydana gətiririk və bizim gizli tutduğumuz induksiya metodu ilə keçirici yer səthində ikinci və bərabər maqnetik sahə yaradırıq."

Hendonun dörd mühərrikinə enerji verən batareykalar hələlik qısa zaman üçün nəzərdə tutulub. Ancaq hoverbordun dizayneri və mühəndisi Kayl Oneil deyir ki, təcrübəli skeytbord istifadəçiləri hoverborda nəzarət etməyin öhdəsindən asanlıqla gələ bilər.

Kayl Oneil: "Bəzi insanlar bunun snouborda bənzədiyini deyir. Bəziləri bunun xəyal etdikləri maqnetik skeytbordun eynisi olduğunu deyir. Bu çox maraqlı münasibətdir, çünki heç kim indiyədək bundan istifadə etməyib."

Hendonun təsisçiləri deyir ki, onlar maqnetik skeytbordun tezliklə küçələrdə istifadəsini gözləmirlər, çünki cihaz ancaq metal səth üzərində işləyir. Ancaq onlar daha böyük skeytbordların anbarlarda konteynerlərin hərəkət etdirilməsində istifadə oluna biləcəyini deyirlər.

Hələlik onların arzusu hər kəsin hoverbordlardan istifadə edə biləcəyi skeytbord park qurmaqdır.

XS
SM
MD
LG