Accessibility links

CNN xəbər agentliyinin müstəqil müxbirinin Ukraynanın şəqr bölgəsində yoxa çıxması ilə son həftələr mediaya işçilərinə qarşı hücumların artdığı qeydə alınıb.

Anton Skibanun yoxa çıxmasına dair məlumat onun silahlı separatistlər tərəfindən Donetsk mehmanxanasından aparılmasından iki gün sonra yayılıb.

Ötən həftə o, BBC şirkəti üçün Malayziya təyyarəsinin vurulmasına dair məlumat hazırlamışdı. Müxbir bundan sonra telefonla CNN-ə Donetskdə təhlükəsizlik xidməti tərəfindən sorğu-suala çəkildiyini demişdi.

Jurnalistlərin Müdafiəsi Təşkilatı Skiba və Rusiyanın dövlət RT kanalına çalışan britaniyalı jurnalist Qraham Fillipsin dərhal azad edilməsinə çaşırıb. Fillips çərşəncə axşamı günü Donetskin hava limanı yaxınlığında yoxa çıxıb.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Pyatt Twitter hesabında Skibanın dərhal azad edilməsinə çağırıb.

ATƏT-in məlumatına görə, iyul ayında Ukraynada 13 jurnalist xəsarət alıb və ya həbs edilib.

XS
SM
MD
LG