Accessibility links

İqtisadi tənəzzül Rusiyanın innovasiya səylərinə mane olur [Video]


Skolkovo Dəqiq Elmlər və Texnologiya İnstitutu Rusiyada yenilik və sahibkarlığı inkişaf etdirməyə yönəlmiş layihədir.

İllər boyu Rusiyalı iqtisadçılar Rusiyanın enerji ixracından asılı iqtisadiyyatının diversifikasiyaya ehtiyacı olduğunu vurğulayıblar. Bu, hazırda yanacaq qiymətlərinin azalması və Qərbin təqbiq etdiyi sanksiyalar kimi şokların mənfi təsirlərinin qarşısını almaq üçün daha vacibdir. Rusiyada yenilik və sahibkarlığı inkişaf etdirməyə yönəlmiş layihə isə Masaçusets Universiteti ilə əməkdaşlıq edən Skolkovo Dəqiq Elmlər və Texnologiya İnstitutudur. Lakin Rusiyanı tənəzzülə doğru aparan iqtisadi və siyasi problemlər bu layihəyə maneələr törədir.

Son zamanlar Rusiya ilə digər ölkələr arasında münasibətlərin dəyişməsi üzündən ölkədə investorları tapmaq mümkün deyil, çünki onlar sərmayənin olduğu yerə gedirlər. Rusiyada isə artıq riskli layihələr üçün kapital mövcud deyil

Rusiyanın Skolkovo Dəqiq Elmlər və Texnologiya İnstitutunun binasının olmamasına baxmayaraq, bu il institutun ilk araşdırma qrupu universiteti bitirəcək.

Gələn aylarda binanın inşası bitdikdən sonra Skoltex ixtira və yeni texnologiya sahəsində qlobal liderlər yetişdriməyə ümid bəsləyir.

Lakin hazırda tələbələr tənəzzül keçirən Rusiyada yaşayırlar və ölkədə onları dəstələyəcək Qərb investorlarının sayı azalır, deyə Sahibkarlıq və İnnovasiya Mərkəzinin rəhbəri İlya Dubinski bildirir.

“Son zamanlar Rusiya ilə digər ölkələr arasında münasibətlərin dəyişməsi üzündən ölkədə investorları tapmaq mümkün deyil, çünki onlar sərmayənin olduğu yerə gedirlər. Rusiyada isə artıq riskli layihələr üçün kapital mövcud deyil. Ona görə də investorlar digər ölkələrə gedirlər. Onlar şirkətlərini bazarın və sərmayənin olduğu yerə köçürürlər.”

Dubinskinin sözlərinə görə, Skoltex tələbələrinə təlimlər keçən şirkətlər bunu dayandırmağa məcbur olublar, çünki onların Rusiyada texnologiya biznesləri artıq məhduddur.

Dmitri Smirnov yanacaq-səmərəli termal motor ixtira edib, lakin maddi yardım tapmağın asan olmadığını deyir.

“Rusiyada kapitaldan asılı sənayələrə ayrılan vəsaitlər azdır. Vəsaitlərin çoxu isə xaricdən gəlir. İndi onlar aktivlərini Rusiyadan çıxarırlar.”

Yekaterina Kotenko Lenqold rusiyalı investorlardan “İmageAiry” üçün sərmayə pulu ala bilib. İmageAiry peyk və aero görüntülərin satıldığı onlayn mağazadır. O, bu ideyanı Skoltexın əməkdaşlarından biri olan Massaçusets Texnologiya İnstitutunda oxuyarkən inkişaf etdirib.

Mənim Rusiyada iki elmi dərəcəm var idi və bu mənim üçün böyük təməl yaratdı. Amma bu biliyi real həyata tətbiq etmək çox vacib idi. MİT isə mənə bunu etməyi öyrətdi

“Mənim Rusiyada iki elmi dərəcəm var idi və bu mənim üçün böyük təməl yaratdı. Amma bu biliyi real həyata tətbiq etmək çox vacib idi. MİT isə mənə bunu etməyi öyrətdi.”

Araşdırma İnstitutu prezident olduğu dövrdə, hazırkı baş nazir Dmitriy Medvedevin təşəbbüsü ilə yaradılan Skolkovo texnologiya parkının tərkib hissəsidir. Rusiya höküməti Skolkovonun inşasına 5 milyard dollar ayırıb, ancaq çoxları bu vəsaitin kəsiləcəyindən narahatdırlar, çünki hazırda rəsmilər dövlət banklarını və iqtisadiyyatı dirçəltməyə çalışırlar.

Lakin həm Rusiya, həm də Qərbdə təhsil alan Dubinski nikbin qalır və hökümətin Skoltexa olan dəstəyini davam etdirdiyini deyir.

“Mən Rusiyaya döndüyüm zaman, tələbələrin çoxu, hətta ən yaxşı texniki universitetlərin tələbələri, prezident aparatında və ya böyük banklarda eləcə də neft şirkətlərində işləmək istəyirdilər. İndi isə eyni tələbələrdən soruşsanız, onların yarısından çoxu texnologiya şirkətlərində işləmək istədiklərini, üçdə biri isə öz şirkətlərini yaratmaq istədiklərini bildirəcəklər. Bu, sadəcə bir neçə ildə baş verən çox böyük dəyişiklikdir.”

Rusiyanın müasirləşmə səyləri çox yeni olduğu və Rusiyanın çox böyük olduğu üçün, iqtisadiyyat bərpa olunsa da ölkədə innovasiya və sahibkarlıq mədəniyyətini inkişaf etdirmək illərlə vaxt apara bilər.

XS
SM
MD
LG