Accessibility links

Skot Uolker ABŞ prezidentliyinə namizədliyini geri çəkib


Təhlilçilər Viskonsin ştatının qubernatorunun qərarını maliyyə yetərsizliyi ilə əlaqələndirir

Viskonsin ştatının qubernatoru Skot Uolker ABŞ prezientliyinə Respublikaçılar partiyasından irəli südüyü namizədliyini geri çəkib. O əvvəllər rəy sorğularında öndə getsə də son zamanlar onun siyasi statusunun əhəmiyyətini itirdiyi müşahidə edilir.

Təhlilçilər siyasətçinin onun mühafizəkar mesajını dəstəkləyən Ayova və daha bir neçə ştata dəfələrlə səfər etdiyi zaman Uolkerin qərarının maliyyə yetərsizliyi ilə əlaqələndirib.

Uolker Respublikaçıların yarışından məyus olduğunu və bütövlükdə kampaniyanın “şəxsi çəkişmələrə” çevrildiyini bildirib.

Onun sözləri şəxsiyyət və apardığı ritorika ilə Uolker və digər Respublikaçı namizədləri​ üstələyən milyarder iş adamı Donald Trampa yönəlib.

Uolker 2012-ci ildə öz ştatında ictimai işçilərin həmkarlar ittifaqlarının sertifikatını ləğv etdikdən və onun vəzifəsindən azad edilməsi üçün təşkil olunan səsvermədə qalib gəldikdən sonra populyarlıq əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG