Accessibility links

İslahatçı siyasi lider Misrə qayıdır


İslahatçı siyasi lider Misrə qayıdır
İslahatçı siyasi lider Misrə qayıdır

Anti-hökumət fəallarının paytaxtda yeni etiraz aksiyaları keçirməyə planlaşdırdığı bir vaxtda tanınmış Misir islahatçısı ölkəyə qayıtmağa hazırlaşır. BMT nüvə agentliyinin sabiq rəhbəri Məhəmməd Əl Baradei bu gün Misrə qayıtmağı planlaşdırır. O, Misirdə prezident Hüsni Mübarəkin 30 illik hakimiyyətinə qarşı üsyan edən xalqa qoşulmaq əzmindədir. Sosial mediadan istifadə edən fəallar Qahirədə cümə günü nəhəng etiraz aksiyaları planlaşdırıblar. Dünən Misirdə iğtişaş polisi minlərlə nümayişçi ilə aksiyaların ikinci günündə yenidən toqquşub. Polislərin rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq küçələrə minlərlə nümayişçi çıxıb.

XS
SM
MD
LG