Accessibility links

İslam Partiyası fəallarının məhkəməsi davam edir


İslam Partiyası fəallarının məhkəməsi davam edir

İslam Partiyası fəallarının məhkəməsi davam edir

Pariya fəalları Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham olunur.

Azərbaycan Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov və 6 fəalının işi üzrə proses davam edib.
İlk öncə məhkəmə vəkuillər İslam Partiyasının sədr müavini Vaqif Abdullayev və partiyanın Astara rayon təşkilatının rəhbəri Rufulla Axundzadə barəsində həbs müddətinin başa çatması ilə əlaqədar onların azad edilməsi haqqında vəsatət qaldırıb. Hakim vəsatətləri təmin etməyib.

Məhkəmədə İslam Partiyasının Azərbaycanda şəriət dövlət yaratmaq məqsədinin

olub-olmaması barədə suala inkar cavabı verilib. AİP lideri Səmədovun yanvarın 2-də partiya Ali Şurasının iclasındakı çıxışına gəlincə, sədr müavini Vaqif Abdullayevin sözlərinə görə, həmin iclasda ölkədəki cari vəziyyət müzakirə olunub. “Mövsüm Səmədov həmişə qanuna hörmət etməyə çağırıb və onun çıxışında qanunsuz heç nə olmayıb”, - deyə Abdullayev qeyd edib.
Xatırladaq ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham olunur.
Partiya sədri Mövsüm Səmədov bu ilin yanvarında Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. AİP liderinin partiyanın Ali Şurasdındakı çıxışı YouTube-da yayılıb. AİP cinayət işini saxta adlandırır, hakimiyyətin siyasətini tənqid etdiklərinə və vətəndaşların dini hüquqlarını müdafiə etdiklərinə görə partiya liderləri və fəallarının cəzalandırılmasına xidmət edən siyasi sifariş hesab edir.

XS
SM
MD
LG