Accessibility links

İslamçı yaraqlılar Somalidə 31 nəfəri qətlə yetirib


İslamçı yaraqlılar Somalidə 31 nəfəri qətlə yetirib

İslamçı yaraqlılar Somalidə 31 nəfəri qətlə yetirib

Silahlıların hökumət təhlükəsizlik qüvvələrinin uniformasını geyərək, Muna mehmanxanasına daxil olduqları deyilir

Somali hökuməti bu gün Moqadişudakı mehmanxanada İslamçı yaraqlıların altısı parlament üzvü olmaqla, azı 31 nəfəri qətlə yetirdiyini bildirib. Somalinin İnformasiya Nazirliyi hücumda hakimiyyəti devirmək istəyən İslamçı qrupu Əl-Şababı günahlandırıb. Nazirliyin açıqlamasında silahlıların hökumət təhlükəsizlik qüvvələrinin uniformasını geyərək Muna mehmanxanasına daxil olduqları deyilir. Məlumatda deyilir ki, özlərini partlatmazdan əvvəl silahlılar mülki vətəndaşlara atəş açmışlar.

Hərbi qüvvələrin mehmanxananı mühasirəyə aldıqları və atışmanın bir saata qədər davam etdiyi deyilir. Qarşıdurma zamanı təhlükəsizlik qüvvələrinin 5 zabitinin də öldürüldüyü deyilir.

XS
SM
MD
LG