Accessibility links

İslamçı yaraqlılar Takicistanın elitar polis qüvvələrinin üzvlərini qətlə yetirmişlər


İslamçı yaraqlılar Takicistanın elitar polis qüvvələrinin üzvlərini qətlə yetirmişlər

İslamçı yaraqlılar Takicistanın elitar polis qüvvələrinin üzvlərini qətlə yetirmişlər

Tacikistan rəsmiləri ölkənin şərqində İslamçı yaraqlıların elitar tacik polis qüvvələrinin 5 üzvünü qətlə yetirdiklərini bildirirlər. Rəsmilərin dediyinə görə, polis işçiləri bu gün paytaxt Düşənbədən şərqdə yerləşən Kamarob Qorc dərəsində qətlə yetirilmişlər. Keçən ayın əvvəlində yaraqlıların hərbi kanvoyunu pusquya salaraq 26 əsgəri qətlə yetirdiklərindən sonra təhlükəsizlik qüvvələri terrorçuları hədəf almağa başlayıb. Hücumların sentyabr ayında Əfqanıstanla sərhəddən 75 km-lik məsafədəki Rəşt vadisində həyata keçirildiyi deyilir.

Tacikistan rəsmiləri Taliban və Əl-Qaidə yaraqlılarının NATO ordusunun hərbi əməliyyatlar apardığı Əfqanıstanın şimal sərhədlərindən Tacikistana keçməyə cəhd göstərdiklərini deyirlər.

XS
SM
MD
LG