Accessibility links

Rusiya Ukraynanın şərqində Slavyanskda Pasxa ilə əlaqədar atəşkəsin pozulmasına gətirib çıxarmış atışma ilə əlaqədar hiddətini bildirib.

Rəsmilər Rusiya tərəfdarı separatçıların nəzarətində olan yoxlama məntəqəsində baş vermiş atışma nəticəsində bir nəfərin öldüyünü bildirib. Bəzi məlumatlarda separatçılar da daxil olmaqla dörd nəfərin öldüyü deyilir.

Rusiya hadisə ilə əlaqədar verilən bəyanatda “döyüşçülər tərəfindən bu təxribatla bağlı hiddətini” ifadə edib. Bəyanatda deyilir ki, “hücum Kiyev rəsmilərinin millətçilər və ekstremistlərin qarşısını alıb onları tərksilah etmək istəmədiyini göstərir.” Rəsmi Moskva Kiyev hökumətini silahlı ekstremistlərin qarşısını almağa çağırıb.

Bununla belə, hücuma görə günahlandırılan Ukrayna qrupu hadisə ilə heç bir əlaqəsi olmadığını və bunun arxasında Rusiyanın xüsusi təyinatlı dəstələrinin durduğunu bildirib.

Hadisə Ukrayna hökumətinin Rusiya tərəfdarlarının son günlər ələ keçirdiyi binalardan çıxarılması ilə bağlı təhlükəsizlik əmliyyatlarında fasilə elan etməsindən bir neçə saat sonra baş verib.

Ukraynanın Xarici İşlər naziri Andriy Deşitsa atəşkəsin Pasxa ilə əlaqədar olduğu deyib və bunun Qərb ölkələrinin müşahidəçilərinə Ukraynanın şərqində gərginliyin azaldılması məqsədilə xüsusi missiyanın yaradılması üçün əlavə vaxt verə biləcəyini əlavə edib.
XS
SM
MD
LG