Accessibility links

Yatmamışdan öncə telefonla oynamayın [Araşdırma]


Uzun müddət elektron cihazların ekranında qəbul edilmiş işıq şüaları uşaqlarla yanaşı, böyüklərdə də yuxunun keyfiyyətinə ciddi təsir göstərə bilər. Bunu bir-biri ilə əlaqəsi olmayan iki ayrı araşdırmanın nəticəsi müəyyən edib.

Smarfonlar və planşet kompyuterlər hər birimizin həyatına sürətlə daxil olmaqdadır. Bu sürət o qədər yüksəkdir ki, alimlər indiyədək onların təsirlərini araşdırmağa imkan tapmamışdılar.

Kaliforniya Universitetinin araşdırması yetkinlik yaşına çatmış 653 insanı 30 gün ərzində izləyərək onların ekrana baxdıqları saatı və müddəti qeydə alıb. Bundan sonra araşdırmaçılar həmin şəxslərin yuxu keyfiyyətini və davamlığını tədqiq edib.

Ancaq indi həm Kaliforniya Universitetinin, həm də London King’s Kollecinin araşdırmaçıları deyir ki, yatmaq vaxtına yaxın belə cihazlardan istifadə yuxusuzluğa səbəb ola bilər. Əvvəlki araşdırmalar təsdiq edib ki, yuxu pozuntusu insanda küklüyə, diabetə və depressiyaya yol açır.

Kaliforniya Universitetinin araşdırması yetkinlik yaşına çatmış 653 insanı 30 gün ərzində izləyərək onların ekrana baxdıqları saatı və müddəti qeydə alıb. Bundan sonra araşdırmaçılar həmin şəxslərin yuxu keyfiyyətini və davamlığını tədqiq edib. Xüsusilə yatmamışdan əvvəl ekrana uzun müddət baxmaq birbaşa olaraq qısa və keyfiyyətsiz yuxuya səbəb olur.

London King’s Kollecinin 4 qitədə həyata keçirdiyi 20 araşdırmanın nəticəsi isə göstərir ki, uşaqların yataq otağında hər hansı pnlayn cihazın olması onlara çox ziyandır. Belə ki, bu şərait uşaqların yuku siklonuna ciddi təsir riski yaradır.

London King’s Kolleci “Yuxu öncəsi istifadə”ni yaymamışdan 90 dəqiqə əvvəl hər hansı cihazdan istifadə kimi təsvir edib.

London King’s Kollecinin 4 qitədə həyata keçirdiyi 20 araşdırmanın nəticəsi isə göstərir ki, uşaqların yataq otağında hər hansı pnlayn cihazın olması onlara çox ziyandır. Belə ki, bu şərait uşaqların yuku siklonuna ciddi təsir riski yaradır.

Sosial medialar vasitəsilə müasir kommunikasiyaların təbiəti uşaqlarda hər zaman sayıq olmaq hissi məcburiyyəti yaradır.

Alimlər deyir ki, yalnız valideynlər, müəllimlər və səhiyyə rəsmilərinin əlaqələndirilmiş yanaşması yatmamışdan öncə uşaqların onlayn cihazlardan istifadə həvəsinin qarşısını ala bilər.

Bu iki araşdırmanın nəticələri müvafiq olaraq PLoS One and JAMA Pediatrics elmi jurnallarında dərc edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG