Accessibility links

Slovakiya Almaniyadan yumurta və toyuq əti idxalına qadağa qoyub

  • Amerikanın səsi

Slovakiya Almaniyadan yumurta və toyuq əti idxalına qadağa qoyub

Slovakiya Almaniyadan yumurta və toyuq əti idxalına qadağa qoyub

Slovakiya dioksin maddəsinin səviyyəsi müəyyən edilənə qədər müvəqqəti olaraq Almaniyadan yumurta və toyuq əti idxalına qadağa qoyub. Almaniyadan ət idxalı ilə bağlı narahatlıqlara testlərdə heyvanlar üçün yemdə dioksin səviyyəsinin yüksək olması yol açıb. Slovakiya Avropa İttifaqının Almaniyadan ət məhsullarına qadağa qoyan ilk ölkəsidir. Şənbə günü Cənubi Koreya Almaniyadan donuz və toyuq əti idxalını dayandırıb. Rusiya da Almaniyadan ət məhsulları idxalının məhdudlaşdırıldığını elan edib.Yüksək səviyyədə dioksin xərçəngə səbəb ola bilər. Almaniya rəsmiləri beş min fermanın bağlanması haqda göstəriş veriblər.

XS
SM
MD
LG