Accessibility links

Elm

Smartfonlar HİV virusuna diaqnoz qoya biləcək [Video]


Ağıllı mobil telefonlar cibə yerləşən kiçik kompyuterlərdir ki, video oyunlardan naviqasiya sistemlərinə qədər bir çox mürəkkəb işi görür.

Nyu-Yorkda yerləşən Kolumbiya universitetinin alimləri telefona qoşula biləcək mikrosxemdə labarotorya cihazı ixtira edib. Cihaz ağıllı telefonu HİV və sifilis kimi yolxucu xəstəliklərə diaqnoz qoyacaq alətə çevirir.

Kolumbiya universitetinin biotibb mühəndislik üzrə professoru Sam Sia bildirir ki, erkən diaqnostika Afrikanın ucqar bölgələrində hamilə qadınların ölüm hallarının qarşısını ala bilər.

Sam Sia: "Bu kimi xəstələrə diaqnoz qoyulması ilə onları müalicə etmək olar. Onların dünyaya gətirdiyi uşaqları həyatda qalar və ömür sürər. Diaqnostika həqiqətən də həyatı bir məsələdir."

10 ilə yaxındır ki, Sia və onun komandası 18 min dollar dəyərində olan laboratoriya cihazının gördüyü işi görəcək həmin bu kiçik aləti inkişaf etdirməyə çalışırlar.

Sam Sia: "Qan alıb və nümunəni laboratoriyaya göndərməkdənsə, siz bunu yerindəcə edə bilərsiz. Barmaqdan qan alıb, 15 dəqiqə içərisində laboratorya analiz nəticəsinə çox yaxın nəticə əldə edə bilərsiz."

Ruandada yaşayan bəzi xəstələr üzərində aparılan sınaq dəqiq nəticələr verib. Anti-cisimlərin müəyyən edilməsinin həssaslığı 92 ilə 100 faiz, yoluxmayanlar isə 79 ilə 100 faiz arasında dəyişir.

Sia deyir ki, mikrosxemdə labarotorya cihazı sadəcə HİV, sifilis və ya cinsi əlaqə yolu yoluxan xəstəlikləri müəyyən etməkdə məhdud deyil.

Sam Sia: "Biz əlbəttə malyariya, xroniki xəstəliklər də daxil olmaqla hepatit, herpes və digər yoluxucu xəstəlikləri də müəyyən etməyə çalışırıq."

Sia və onun komandası hazırda böyük həcmdə kliniki testlər keçirməsi üçün Ümumdünya Səhiyyə təşkilatının cihazı təsdiq etməsini gözləyir.

XS
SM
MD
LG