Accessibility links

Smartfonlar və sosial media polis haqqında mənfi təsəvvür yaradır [Video]


ABŞ-da, əsasən də afro-amerikalıların icmasında polis atışması son iki ildir gündəmdədir. Son zamanlar isə polisi hədəf alan atışmalar da xəbərlərdə yer alır. Bu silah zorakılığı polis və afro-amerikaılar arasında gərginliyin artmasına və Los Anceles kimi şəhərlərin təhlükəsizliyi təmin etmək üçün küçələrdə və havada polis qüvvələrinin sayının artırmasına səbəb olur.

Ölkədəki, bəlkə də, bütün digər polis idarələri kimi Los Anceles polis departamentində də insanlara, əsasən də qaradərili, yoxsul və əqli problemləri olan insanlarla yanlış rəftarı kimi ciddi problemlər var.

Bu uşaqlar bir sıra icmalarda afro-amerikalılar və polis arasında irqi gərginlikdən xəbərsizdir. Onlar super maşını olan polis zabiti ilə əylənmək istəyir.​

“Polis zabiti kimi bu parkdakı uşaqlara gözəl nümunə olmaq və icma üçün payıma düşəni etmək mənim ən çox sevdiyim işdir.”

Los Anceles polisi deyir ki, hüquq-mühafizə orqanları ilə bağlı mənfi fikirləri aradan qaldırmaq üçün icmada belə iş olduqca vacibir.

Lakin Los Anceles bələdiyyəsinin binasına daxil olduqda belə mənfi yanaşmanın mövcud olduğu aydın olur.

Black Lives Matter (Qaradərililərin Həyatı Mühümdür) hərəkatından olan bu etirazçılar LA polis idarəsi rəisinin vəzifəsindən uzaqlaşdırılmasını tələb edir. Onlar komissiyanın ötən il qaradərili qadını güllələyərək öldürən şəhər polis idarəsinin zabitinin qanunu pozmadığına dair açıqladığı hesabata etiraz edir. Polis idarəsinin iddia etdiyinə görə, öldürülən qadın polis məmuruna bıçaqla yaxınlaşıb. Çoxları isə bu iddiaya inanmır.

“Ölkədəki, bəlkə də, bütün digər polis idarələri kimi Los Anceles polis departamentində də insanlara, əsasən də qaradərili, yoxsul və əqli problemləri olan insanlarla yanlış rəftarı kimi ciddi problemlər var."

İrqi münasibətlərdə gərginlik Los Anceles üçün yeni hal deyil. Polisin 20 il bundan öncə afroamerikalı Rodni Kinqi döyməsi hələ də şəhərdə yaşayanların yadındadır. Bu hadisəni xatırlayanlardan biri də kapitan Endrü Neymandır.

“Bu mənə şəxsən çox təsir etdi, çünki bu, mənim böyüdyüm Los Anceles deyildi. Amma mən şadam ki, burada qaldım. Biz bu hadisədən dərslər aldıq. İndi isə biz yenidən elə bir nöqtədəyik ki, nələri dəyişdirməli olduğumuzu düşünməliyik."

Neyman deyir ki, hazırda irqi gərginliyin artmasında ağıllı telefonlar və sosial medianın rol oynadığını deyir.

“Twitter, Facebook, Instagram, Vine, bütün bu sosial media applikasiyaları ictimaiyyətə, adi vətəndaşlara telefonlarını çıxarıb çox dinamik bir vəziyyəti lentə alıb elə həmin anda heç bir kontekst olmadan, vəziyyəti anlamadan bütün dünyaya yaymaq imkanı verir.”

Başqaları isə yeni texnologiyanın polisi daha çox məsuliyyətli olmağa vadar etdiyini iddia edir.

Twitter, Facebook, Instagram, Vine, bütün bu sosial media applikasiyaları ictimaiyyətə, adi vətəndaşlara telefonlarını çıxarıb çox dinamik bir vəziyyəti lentə alıb elə həmin anda heç bir kontekst olmadan, vəziyyəti anlamadan bütün dünyaya yaymaq imkanı verir.

Lakin bu mübahisənin hər iki tərəfində yer alanlar düşüncələrin dəyişməli olduğuna inanır.

“Biz icmadanın iztirablarına çarə tapmalıyıq. İcmaları zorakı adlandırmağa son qoymalı və əziyyət çəkən insanları resurslarla təmin etməliyik.”

Cənubi LA-də sakinlərin çoxu qanqsterlərin qarşının alımasına yönəlmiş tədbirlərdə daha çox polisin olmasını istəyir.

“Bİzim yaxşı və pis polis zabitlərimiz var, amma düzünü desək, bel hallar başv verəndə buraya çox vaxt yaxşı polis zabitləri gəlir.”

Polis və icmadakı insanlar razılaşır ki, bu kimi münasibətlərin qurulması etimadın yaranamasına doğru atılan bir addımdır.

XS
SM
MD
LG