Accessibility links

Seçki kampaniyasının birinci mərhələsinin monitorinqinin nəticələri açıqlanıb


Bəşir Süleymanlı-SMDT-ın icraçı direktoru

Bəşir Süleymanlı-SMDT-ın icraçı direktoru

SMDT-nin icraçı direktoru:Seçki kampaniyası sakit formada keçib və geniş ictimaiyyətin diqqətini cəlb etməyib.

Seçkilərin Monitorinq və Demokratiyanın Tədisi Mərkəzi və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi sentyabrın 16-da prezident seçkiləri kampaniyasının üzünmüddətli müşahidəsinin birgə nəticələrinə dair aralıq hesabatını açıqlayıblar.

Monitorinq 125 seçki dairəsindən 89-nu əhatə edib. 32 yerli uzunmüddətli müşahidəçinin, namizədlərin seçki qərargahlarının,“Seçkilərin ictimai müşahidəsi” portalına vətəndaşlardan daxil olan məlumatlar təhqiqatın əsası olub.

SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı qeyd edib ki, əvvəlki seçkilərlə müqayisədə indiki kampaniyada imza toplanması zamanı vətəndşalara təzyiq daha az olub.

İlham Əliyevin müdafiəsi üçün inzibati resurs işə salınıb.Digər tərəfdən kampaniya sakit formada keçib və geniş ictimaiyyətin diqqətini cəlb etməyib.

Namizədlərdən yalnız Cəmil Həsənliyə, İlqar Məmmədova, İqbal Ağazadəyə, Əli Əliyevə, Ərəstun Orucluya və Qüdrət Həsənquliyevə imza toplanması zamanı aktiv kampaniya müşahidə edilib.

Onun sözlərinə görə seçicilərin ələ alınması kimi birbaşa faktlar olmayıb. amma onlara problemlərinin həll ediləcəyi vədləri verilib.

SMDT-ın rəhbəri Anar Məmmədli isə qeyd edib ki, kütləvi pozuntuların olmaması kampaniyanın milli qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğu kimi başa düşülməməlidir.

Ötən 5 il ərzində seçki kampaniyasının müddəti 120 gündən 60 günə endirilib, bu isə namizədlər üçün çətinliklər törədir.

Bundan əlavə, seçki kampaniyasını ölkədə sərbəst toplaşmaq, ifadə azadlığını reallaşdırmaq prosesinin sərtləşdirilməsi müşayət edib.

Ekspert həmçinin Mərkəzi Seçki Komissiyasının 4 prezidenliyə namizədin qeydə alınmasından imtina etməsini şübhəli adlandırıb.

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyinə gəlincə,deyilib ki, bu imza vərəqələri verilməyən yeganə namziəddir və qurum bu mübahisəli məsələnin təfərrüatlarını öyrənir. Sonda SMDT bir sıra tövsiyyələr irəli sürüb.

Seçkilərə ictimai marağı və etimadı yüksəltmək üçün srəbsət toplaşmaq, ifadə azadlığını tam təmin etmək, bu il həbsəı alınan bütün siyasi məhbusları və gənc fəalları azad etmək, məntəqə və dairə seçki komissiyalarının açıqlığını təmin etmək, imza toplanışına müdaxilə etmiş məmurları cəzalandırmaq, qeydiyyatından imtina edilən namizədlərin şikayətlərinin ədalətli təhqiq etmək təklif olunur.


22 nəfər prezidentliyə namizədliyinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim edib. Onlardan bir nəfərinin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.
XS
SM
MD
LG