Accessibility links

Vaşinqtonda Smitsonian folklor festivalı ziyarətçilərini Azərbaycan mədəniyyəti ilə tanış edir


Festival günləri tanınmış kaman ustası İmamyar Həsənovun konsertləri keçiriləcək

ABŞ paytaxtı Vaşinqtonda ənənəvi Smitsonian Folklor festivalının açılışı olub. İyunun 27-dən iyulun 7-ə qədər davam edəcək festivalda Azərbaycanın mədəniyyəti geniş təmsil olunub.

Festvalın ziyarətçiləri bu il Smitsonian institutunun folklor və mədəni irs mərkəzi ilə ABŞ-ın Qarabağ Fondunun birgə təqdim etdiyi Azərbaycan mədəni ənənələri ilə tanış olmaq imkanı qazanacaq.

İyunun 28 və iyulun 5-də festivalın axşam proqramında tanınmış kamançaçı İmamyar Həsənovun ifasında Azərbaycan xalq muğam sənəti təqdim edicələk.

Festival çərçivəsində habelə dünya ölkələrinin milli mətbəx ənənəlrinin təqdimatı da keçiriləcək. Festivalın qonaqlarına bu il Azərbaycan milli mətbəxinin nümunələri sayılan kabab, dolma və plov, habelə şirniyyatlar təqdim edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG