Accessibility links

"Azərbaycan yeməkləri" pavilyonu Vaşinqtonda Smitsonian festvalının ən populyar güşələrindən birinə çevrilib

Vaşinqtonda keçirilən ənənəvi Smitsonian folklor festivalında bu il amerikalılar Azərbaycan mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edib. ABŞ paytaxtının mərkəzində Corc Vaşinqtonda abidəsinin yaxınlığında yaradılmış "Azərbaycan yeməkləri" pavilyonu bu günlər festivalın ən canlı güşələrindən birinə çevrilib.

Yay istirahət mövsümü, xüsusilə də ABŞ-ın müstəqilliyinin qeyd edildiyi 4 iyul günündə Amerikanın bütün ştatlarından minlərlə insan Smitsonian festivalını ziyarət edir. Sərgilərə tamaşa edib konsertləri dinləyən amerikalılar, eləcə də Vaşinqtonu ziyarət edən turistlər Azərbaycan mətbəxinə böyük maraq göstərir. (Aşağıdakı video açılmasa videonu buradan izləyin.)



"Azərbaycan yeməkləri" pavilyonun qarşısı hər zaman insanla dolu olur. Ziyarətçilərə Azərbaycan mətbəxinin nümunələri olan dolma və toyuq kababı, tərəvəz salatı, habelə dönər kabab, “Düşes” və “Tərxun” içəcəkləri təklif edilir. Azərbaycan mətbəxi pavilyonun hazırlanması işinin təşkilatçılarından biri olan Anar Yusifov icma üzvlərinin böyük səyləri və zəhmətini xüsusi qeyd edib. O deyib ki, təqdim edilən Azərbaycan mətbəxi nümunələri amerikalılar tərəfindən böyük maraqla qarşılanır.

Smitsonian festivalının şərtlərinə görə, ziyarətçilər yeməklərin hazırlanması prosesini özləri görə bilməlidir. "Azərbaycan yeməkləri" pavilyonunda durmadan iş gedir. Köməkçi əllərə hər zaman ehtiyac var, amma pavilyonda könüllü çalışanların sayı həmişə çoxdur. Könüllülərin böyük hissəsi Amerikada yaşayan Azərbaycan icmasının üzvləridir, lakin amerikalılar da burada yaxından iştirak edir.

Bu il Smitsonian folklor festivalında Azərbaycan mədəniyyətinin təmsil edilməsi ABŞ-ın Qarabağ Fondunun səyləri nəticəsində mümkün olmuşdur. Fondun həmtəsisçisi və direktorlarından biri Adil Bağırov Azərbaycan mətbəxinə marağın böyük olduğunu bildirib. O deyir ki, təkcə ABŞ deyil, bütün dünyada ən mötəbər foklor tədbirlərindən biri olan Smitsonian festivalında Azərbaycanın təmsil edilməsi olduqca böyük əhəmiyyət kəsb edir . Adil Bağırovun sözlərinə görə, 4 iyul Müstəqiilik günündə Amerikada ən populyar yemək növü olan hamburqer pavilyonu deyil, məhz Azərbaycan pavilyonunun qarşısında növbənin yaranması müvəffəqiyyətin göstəricisidir.

Azərbaycan mətbəxi ilə yanaşı, festivalın ziyarətçilərinə bu il Azərbaycan muğam sənəti ilə də tanışlıq imkanı verilir. Qarabağ Fondunun dəstəyi ilə festivalda Azərbaycanın tanınmış kaman ustası İmamyarov Həsənovun iştirakı ilə muğam axşamlası təşkil edilib.

ABŞ-ın milli muzeyi,dünyanın isə ən böyük muzeyi və tədqiqat mərkəzlərindən biri olan Smitsonian institutu hər il yay ayları paytaxt Vaşinqtonda dünya ölkələrinin mədəni ənənələrinin tanıdılması məqsədilə folklor festivalı keçirir. Hər il festivalı təxminən bir milyon insan ziyarət edir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG