Accessibility links

Snouden Braziliyadan siyasi sığınacaq istəyir


ABŞ-ın kəşfiyyat məlumatlarını sızdıran Edvard Snouden Braziliyaya təklif edib ki, siyasi sığınacaq qarşılığında ABŞ hökumətinin bu ölkədə kəşfiyyat əməliyyatlarını araşdırmağa kömək etsin.

Snouden "Braziliya xalqına açıq məktub" adlandırdığı təklifi ilk dəfə bu gün Folha de S. Paulo qəzeti tərəfindən dərc edilib. ABŞ Braziliya hökumətini əmin etmişdi ki, Milli Təhlükəsizlik Agentliyinin proqramları insanların təhlükəsizliyini qorumaq üçün yalnız məlumat toplanmasından ibarət olub. Ancaq Snouden məktubda ABŞ-ın iddialarını rədd edib. O deyib ki, proqramlar terrorizm deyil, qüdrət üçündür. .

Milli Təhlükəsizlik Agentliyinin sabiq kontraktoru hazırda Rusiyada yaşayır. Avqust ayında ona Rusiyada bir illik müvəqqəti sığınacaq verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG