Accessibility links

Fərari kəşfiyyatçı Edvard Snouden Birləşmiş Ştatlara dönmək istədiyini deyir.

ABŞ-ın NBC telekanalının aparıcısı Brayn Vilyamsla müsahibəsində Snouden özünü patriot kimi gördüyünü, amma ABŞ-a dönənədək Rusiyadan sığınacaq statusunun uzadılmasını istəyəcəyini deyib.

Obama administrasiyası tərəfindən vətənə xəyanətdə və Milli Təhlükəsizlik Agentliyinin proqramlarını ictimailəşdirməklə amerikalıların həyatını riskə qoymaqda təqsirləndirilən Snouden özünü müdafiə edərək onun məxfi məlumatları açıqlamasının indiyədək heç bir amerikalıya zərər yetirmədiyini deyib.

Onun geri dönüb-dönməyəcəyi haqda suala cavab verən Snouden deyib ki, ilk növbədə proqramlarda islahatların aparılmasına və ailəsi və ölkəsinin onun atdığı addımdan yararlana bilməsinə əmin olmalıdır. Snouden məxfi məlumatları açıqladıqdan sonra ABŞ hökumətinin hər üç qolunda islahatların aparıldığını vurğulayıb.

ABŞ Snoudeni oğurluqda və Milli Təhlükəsizlik Agentliyinin dinləmə proqramı haqda məlumatı ictimailəşdirməkdə təqsirləndirir.
XS
SM
MD
LG