Accessibility links

ABŞ casusunun atası NBC kanalına müsahibə verib


Birləşmiş Ştatlar casusluq idarəsinin keçmiş kontraktoru Edvard Snoudenin atası müəyyən şərtlər daxilində oğlunun Amerikaya dönəcəyindən əmin olduğunu deyib. Snoudenin atası şərtlərdən birinin oğlunun məhkəməyə qədər həbs edilməməsi olduğunu bəyan edib.

NBC xəbər agentliyinə verdiyi müsahibə zamanı Snoudenin atası belə bir müraciətlə ABŞ-ın ədliyyə naziri Erik Holderə məktub göndərəcəyini bildirib. NBC-nin "Today Show" proqramında çıxışı zamanı Snoudenin atası eləcə də, oğlunun WikiLeaks üzvləri də olmaqla bəzi insanlar tərəfindən manipulyasiya edildiyindən narahatlığını izhar edib.

Bu arada isə Ekvador prezidenti Rafael Korrea Edvard Snoudenin sığınacağı ilə bağlı Kitoya təzyiqlər göstərdiyinə görə Birləşmiş Ştatları tənqid edib.
XS
SM
MD
LG