Accessibility links

Rusiyanın mühacirət rəsmisi ABŞ tərəfindən axtarışda olan Edvard Snoudenin Rusiyadan siyasi sığınacaq istədiyini bəyan edib.

Rusiya və beynəlxalq jurnalistlərə məlumat verən rəsmi Snoudenlə səfərdə olan WikiLeaks fəalının Rusiyanın tranzit bölgəsində sığınacaq müraciətini konsulluğa təqdim etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin heç kəsin indiyədək ekstradisiya edilmədiyini və Snoudenin məlumat sızdırmasını dayandığı təqdirdə Rusiyada qala biləcəyini deyib.

Putin bildirib ki, məndən eşidilməsi nə qədər qəribə görünsə də, Snouden Amerika kimi tərəfdaşımıza ziyan vurmadığı halda Rusiyada qala bilər.

Rusiyanın dövlət başçısı sabiq kontraktorun Rusiya agenti olmadığını və Rusiyanın kəşfiyyat orqanlarının onunla əməkdaşlıq etmədiyini bir daha təkrar edib.

Snoudenin artıq 8 gündür Rusiyanın beynəlxalq hava limanının tranzit hissəsində qaldığına inanılır.
XS
SM
MD
LG