Accessibility links


Rusiyalı vəkil Anatoli Kuçerena ABŞ-ın kəşfiyyat agentiyinin keçmiş kontraktoru Edvard Snoudenin Rusiyada müvəqqəti sığınacaq almaq haqda müraciət etdiyini bildirib.

Anatoli Kuçerena bildirib ki, 30 yaşlı Snouden Latın Amerikasına səfər etməyi planlaşdırsa da, Rusiyanın Federal Miqrasiya Xidmətinə siyasi sığınacaq haqda ərizə verib.

Artıq dördüncü həftədir Moskvanın Şeremetyevo hava limanının tranzit zonasında olan Edvard Snouden Amerikanın izləmə proqramları haqda məlumatları ictimiayyətə açıqlamasından sonra casusluq ittihamları ilə ABŞ-da məhkəmə qarşısına çıxmaqdan yayınmağa çalışır.

Latın Amerikanın üç solçu ölkəi-Venesuela, Boliviya və Nikaraqua Snoudenə siyasi sığınacaq verməyə razı olub. Lakin Snouden ABŞ pasportu ləğv edildikdən sonra Moskvanı tərk edə bilmir.

Rusiya prezidenti Vladimir Putin deyib ki, axtarışda olan Snoudenin işinin nə ilə bitəcəyini bilmir. Onun sözlərinə görə, ABŞ başqa ölkələri onu qəbul etməməklə qorxudur. Birləşmiş Ştatlar Snoudenin casusluq ittihamları ilə məhkəmə qarşısına çıxarılması üçün onun geri qaytarılmasını tələb edir.
XS
SM
MD
LG