Accessibility links

Snoudenə Rusiyaya daxil ola bilmək üçün sənədlər verilib


Rusiyanın dövlət xəbər agentliyi bildirib ki, ABŞ kəşfiyyatının məxfi məlumatlarını açıqlayan Edvard Snouden rəsmilər onun sığınacaqla bağlı müraciətini nəzərdən keçirdiyi zaman Moskva hava limanının transit zonasından ölkəyə daxil ola bilmək üçün sənədlərlə təmin edilib.

ABŞ kəşfiyyatının keçmiş kontraktoru Snouden ötən ay Milli Təhlükəsizlik Agentliyinin gizli həyata keçirdiyi izləmə proqramları barədə məlumatları ictimaiyyətə açıqlayıb..

Birləşmiş Ştatlar Snoudenin pasportunu ləğv etdikdən sonra o, Moskvanın Şeremetyevo hava limanının tranzit zonasında qalmağa məcbur olmuşdu.

30 yaşlı Snouden Latın Amerikasına getmək istədiyini bildirib. Amma ötən həftə özünün yazdığı müraciətdə o,Rusiya hökumətindən müvəqqəti sığınacaq verilməsini istəyib.

Snouden Milli Təhlükəsizlik Agentliyinin ABŞ-da telefon zənglərinin izlənməsi vasitəsi ilə geniş məlumat toplamaq üçün nəzərdə tutulmuş proqramların detallarını açıqlayıb.

Milli Təhlükəsizlik Agentliyinin rəsmiləri bu məlumatların əldə edilməsinin ABŞ-da 2001-ci il sentyabrın 11-i baş vermiş hadisəyə bənzər daha bir terror hücumunun qarşısını almaq üçün lazım olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG