Accessibility links


ABŞ kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlayan Milli Təhlükəsizlik Agentiyinin keçmiş kontraktoru Edvard Snouden Rusiyanın ən böyük internet şəbəkələrindən biri olan VKontakte (ВКонтакте) saytı üçün işləməyə başlayacaq. Bu haqda məlumatı onun vəkili Anatoli Kuçerena verib.

Vəkil Edvard Snoudenun cümə günündən işə başlayacağını deyib, lakin şirkətin harada yeləşdiyi haqda təhlükəsizlik səbəbləri üzündən məlumat verməkdən yayınıb. 30 yaşlı Sounden iyun ayında ABŞ-dan Honq-Konqa, oradan isə Rusiyaya gedərək, orada sığınacaq alıb. Snoudenin Rusiyada harada yaşadığı məlum deyil.

Bir neçə ay bundan əvvəl VKontakte saytının təsisçisi Pavel Durov Snouedə iş təklif edib. Lakin o, Snoudeni işə götürüb-götürmədiyi haqda açıqlama verməkdən imtina edib.

Snoudenin ABŞ-ın gizli izləmə proqramları haqda açıqlamaları dünya mətbuatının başlıqlarına çıxmağa davam edir. Bu yaxınlarda onun ABŞ-ın dünya liderlərinin danışıqlarını dinlədiyi, həmçinin Google və Yahoo axtarış saytlarında məlumatları izlədiyi haqda yeni açıqlamaları mətbuatda yayılıb.

Amerika rəsmiləri ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin gizli izləmə proqramı haqda məlumatları ictimiayyətı sızdırmasından sonra Snoudenə qarşı casusluq ittihamları irəli sürüb.
XS
SM
MD
LG