Accessibility links

ABŞ-ın sabiq kəşfiyyat kontraktoru Edvard Snouden Avropa İttifaqının Saxarov adına insan hüquqları mükafatına namizədlər arasındadır. O, mükafata Avropa Parlamenti tərəfindən nominasiya edilib.

Digər nominantlara pakistanlı məktəb şagirdi, qızların təhsilini dəstəkləyən fəal MalalaYusəfzai və Belarus prezidenti Aleksandr Lukaşenkonun yenidən prezident seçilməsinə etiraz edən 3 siyasi məhbus daxildir.

1988-ci ildə təsis edilən Saxarov adına illik “Azad düşüncə” mükafatına anti-aparteid qəhrəmanı, Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela və Birmanın demokratiya fəalı Aunq San Suu Kyi layiq görülüb.
XS
SM
MD
LG