Accessibility links

Snouden Norveç məhkəməsinə müraciət edib


Norveçli hüquq firması ABŞ dövlət sənədlərini ifşa edən Edvard Snoudenin Birləşmiş Ştatlara ektradisiya edilmək qorxusu olmadan prestijli mükafat mərasimində iştirak etmək məqsədilə Norveçə səfər edə bilməsi üçün Oslo məhkəməsinə müraciət edib.

Norveçin paytaxtında fəaliyyət göstərən Schjodt hüquq firmasının vəkilləri bildirib ki, onlar keçmiş ABŞ kəşfiyyat podratçısı və 2016-cı il Osetski Mükafatını almaq üçün onu Norveçə dəvət edən PEN təşkilatı adından vəsatət qaldırıblar.

İddiada bildirilir ki, Snoudenin ekstradisiyası beynəlxalq və norveç qanunlarına ziddir və bunun üçün də Schjodt məhkəmədən deklarativ xarakter daşıyan bir qərar tələb edir.

ABŞ-ın Casusluq Aktı Snouden və ya onunla eyni mövqedə olan hər hansı bir başqa şəxsin ictimai maraqlar dairəsində hərəkət etdiklərini, onların ifşa etdikləri məlumatların cəmiyyətə faydaları olduğunu və ya bu məlumatların yanlış olaraq hökümət tərəfindən gizlənildiyini iddia edərək özlərini müdafiə etmələrini qadağan edir, deyə Schojt bildirir.

Norveçin PEN təşkilatı yaydığını bəyanatda Snoudeni ifadə azadlığının müdafiəsinə olan töhfəsinə görə 2016 Osetski Mükafatına layiq gördüyünü və Snoudenin bu mükafatı şəxsən qəbul edə bilməsi üçün əlindən gələni edəcəyini bildirib.

2013-cü ildə keçmiş ABŞ Milli Təhlükəsizlik Agentliyinin podratçısı hökümətin gizli dinləmə proqramının detallarını mətbuata ötürdükdən sonra ölkəni tərk edib.

ABŞ-ın Casusluq Aktına əsasən, Snouden ABŞ-da 30 il müddətinə həbs cəzası ilə üzləşə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG