Accessibility links


ABŞ-ın kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlayan Edvard Snouden Rusiya televiziyasına müsahibə verib.

Lon Snouden Rossiya 24 tele-kanalına müsahibədə ən çox oğlunun sağ-salamat olmasını arzuladığını deyib. Atası televiziya vasitəsilə oğluna onu çox sevdiyini çatdırıb və tezliklə onunla görüşəcəyinə ümid bəslədiyini bildirib.

ABŞ Milli Təhlükəsizlik Agentliyini keçmiş kontraktoru Edvard Snouden iyunun 23-də Honq-Konqdan Moskvaya gəldikdən sonra Şeremetyevo hava limanının tranzit zonasında ilişib qalıb. Rusiya rəsmiləri Snoudenin müvəqqəti sığınacaq haqda müraciətini nəzərdən keçirir.

Washington Post qəzetinə müsahibə zamanı Snoudenin atası deyib ki, Federal Təhqiqat Bürosu onun Moskvaya gedib oğlunu geri qayıtmağa razı salmasını istəyib. Lakin Lon Snouden Washington Post qəzetinə kəşfiyyat agentliyinin onun oğlu ilə görüşünü təşkil etməsinə qarantiya vermədiyini bidirib.

Qəzetin verdiyi məlumata görə, Lon Snouden agentliyin əlində alət olmaq istəmədiyini deyib. Snouden həmçinin bildirib ki, o, oğlunun gizli məlumatları açıqlamasını amerikalıların qalan hissəsi kimi təəccüblə qarşılamayıb.

ABŞ hökuməti Edvard Snoudenə qarşı casusluq ittihamları irəli sürüb. Rusiya prezidenti Vladimir Puton ABŞ prezidenti Barak Obamanın Snoudenin Amerikada məhkəmə qarşısına çıxarılması üçün təhvil verilməsi haqda müraciətini rədd edib.

Snouden 20 ölkəyə siyasi sığınacaq almaq üçün müraciət edib, lakin ABŞ onun pasportunu ləğv edib.
XS
SM
MD
LG