Accessibility links

SOCAR Odessa-Brodı boru kəmərilə Polşa, Çexiya və Slovakiyaya neft nəqlinə başlayır


SOCAR Odessa-Brodı boru kəmərilə Polşa, Çexiya və Slovakiyaya neft nəqlinə başlayır
SOCAR Odessa-Brodı boru kəmərilə Polşa, Çexiya və Slovakiyaya neft nəqlinə başlayır

Odessa-Brodı neft kəməri 2001-ci ildə Xəzər neftinin Rusiyadan yan keçməklə Avropaya nəqli məqsədilə inşa edilib.

Turan Agentliyinin məlumatına görə, SOCAR Trading (Azərbaycan Dövlət Neft Şirkətinin törəmə strukturu) yaxın vaxtlarda Ukraynanın Odessa-Brodı neft kəmərilə Şərqi Avropa ölkələrinə neftin sınaq nəqlinə başlamağı planlaşdırır. Bu barədə şirkətin baş icraçı direktoru Valeri Qolovuşkin sentyabrın 13-də Kiyevdə neft sammiti zamanı bildirib.
"Biz "Ukrtransnafta"ilə birlikdə Çexiya, Polşa, Slovakiyaya neftin sınaq nəqlinə başlamağı planlaşdırırıq. Sınaq nəqli yaxın vaxtlarda həyata keçirilməlidir", - deyə o vurğulayıb.
"Ukrtransneft"in İdarə Heyətinin sədri Aleksandr Lazorko əlavə edib ki, sınaq nəqlinin həcmi 300 min ton neft (2,3 mln. Barel) olacaq.
Odessa-Brodı neft kəməri 2001-ci ildə Xəzər neftinin Rusiyadan yan keçməklə Avropaya nəqli məqsədilə inşa edilib.
Polşaya Plotsk və Qdanska qolun olmaması səbəbindən son vaxtlara kimi Ukrayna boru kəmərindən kiçik həcmdə Rusiya neftinin revers rejimdə Odessaya nəqli üçün istifadə edib. 2010-cu ilin ortalarından boru demək olar ki, quru qalıb ki, bu da Ukrayna hakimiyyətinin neft kəmərindən avers istifadə layihəsinə qayıtmasına imkan verib.
Cənab Qolovuşkin qeyd edib ki, bu günədək Ukrayna boru sisteminin 70%- ə qədəri Azərbaycan nefti ilə doldurulub. Əsasən Ukrayna boru sistemi ilə Mozırda Belarus NEZ-in təchizatı həyata keçirilir.
Onun sözlərinə görə, hazırda SOCAR və "Naftoqaz" gələcəkdə 2 mln. ton Azərbaycan neftinin alınmasına dair danışıqlar aparır. "Biz hazırda Azərbaycan Dövlət Neft Şirkəti ilə ("Naftoqaz") ildə 2 mln. ton neft nəqlinə dair müqaviləni müzakirə edirik", - deyə Qolovuşkin bildirib. O əlavə edib ki, müqavilənin imzalanma müddəti və Azərbaycan neftinin nəqlinə başlanması "Naftoqaz"dan asılı olacaq. "Bu, bizdən yox, alıcılardan asılı olacaq. Biz nefti nəql etməyə hazırıq".
O dəqiqləşdirib ki, hazırda SOCAR nefti CİF şərtilə Kremençuq neft emalı zavoduna və Qərbi Ukraynanın iki NEZ-nə (Nadvornyanski və Droqobıçski) nəql edir.
"Müqaviləyə əsasən 2011-ci ildə 2 mln. ton neftimiz var. Əgər "Naftoqaz" ilə müqavilə bağlasaq, 2012-ci ildə daha 2 mln. ton neft olacaq", - deyə cənab Qolovuşkin bildirib. O qeyd edib ki, Azərbaycan neftinin Ukraynaya nəqlinin həcmi onun xammal alışı üzrə imkanlarından asılı olacaq.

XS
SM
MD
LG