Accessibility links

Türkiyənin ən böyük xarici investorlarından olan “SOCAR Türkiyə” sürətlə böyüyən şirkətlərini vahid mərkəzdə toplamaq məqsədi ilə yanvarın 6-da İstanbulun yeni yaşayış və iş mərkəzi ‘Vadistanbul’da sahəsi 19 min kvadratmetr olan bir blokun satın alınması haqqında müqavilə imzalayıb.

SOCAR-ın mətbuat xidməti bildirir ki, sənədə əsasən yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Türkiyə” özünün yeni mərkəzinə köçəcək.

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz imzalanma mərasimində deyib: “Türkiyədə 20 milyard dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətimizin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən biz yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət etdik. Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq “Vadistanbul Bulvar”ı seçdik. Hazırki ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik. Yeni binanı “Odeabank” ilə iki il ödəniş aparmamaq şərti ilə 10 il müddətinə götürdüyümüz kredit hesabına maliyyələşdirəcəyik. Bu kredit əlverişli olmaqla yanaşı, SOCAR-ın Türkiyədə icra etdiyi layihələrə bəslənilən yüksək etimadın göstəricisidir. Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”.

Mərasimdə vurğulanıb ki, “SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 milyon dollara satın alıb.

Show comments

XS
SM
MD
LG