Accessibility links

Soçi Qış Olimpiya oyunlarında bu gün 4 ölkə qaliblər sırasına çıxıb.

Hollandiyalı qadın idmançı Corien Ter Mors xizəksürmə üzrə qızıl medal qazanıb. O, öz idman komandasından İreen Uist və Lotte van Beeki arxada qoyub.
Kişilər arasında norveçli idmançı Kjetil Cansrud qələbə qazanıb.

Çex respublikasından Eva Samkova snoubordinqdə qızıl medala layiq görülərək, ölkəsinə ilk qızıl medal qazandırıb. İsveç də qalib ölkələr arasındadır.

Kişilər arasında biatlon yarışması dumana görə sabaha keçirilib.
Ümumi medal sayına görə Hollandiya 17, ABŞ və Rusiya 16, Almaniya qızıl medal sayı baxımından irəlidədir. Bu ölkənin 7 qızıl medalı var. Hollandiya, İsveçrə və Norveç 5 qızıl medal qazanıb.
XS
SM
MD
LG