Accessibility links

Soçi Qış Olimpiya Oyunları başa çatıb


Soçi Qış Olimpiya Oyunları başa çatıb. 51 milyard dollarlıq 2014-cü il oyunları Olimpiyada tarixində ən bahalı oyunlar hesab edilir.

Olimpiada terror hücumları təhdidilərinə baxmayaraq təhlükəsiz şəkildə sona çatıb.

Olimpiya məşəlinin söndürülməsindən əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax oyuna ev sahibliyi edən Soçiyə təşəkkürünü bildirib.

İdmançılar arasında ən nailiyyətli ruslar olub. Rusiya idmançılarının qazandığı 33 medaldan 13-ü qızıldır.

ABŞ 28, Norveç 26 medal qazanıb ki, onların 11-i qızıl medallardır. Kanada bu siyahını 10 medalla davam etdirir.

Növbəti qış oyunları 2018-ci ildə Cənubi Koreyada təşkil ediləcək.
XS
SM
MD
LG