Accessibility links

Soçi Olimpiadası 51 milyard dollara başa gələcək [Video]

  • Nərminə Cəlalqızı

2007-ci ildə Rusiyanın Soçi şəhəri 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyini qazandıqdan sonra bir çoxlarını ölkənin yeganə subtropik şəhərində buz meydançalarının inşa edib-edilməyəcəyi maraqlandırırdı.

Rusiyanın Qara Dəniz sahilindəki Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıqlar gedir. Avropada ən böyük inşaat layihəsində 100,000 fəhlə və 500 şirkət gecə-gündüz işləyir. Otellər tikilir, buz meydançaları salınır və xizəkli tullanma üçün tramplinlər qoyulur. Bütün bunlar prezident Vladimir Putin inşaat işlərinin gələn ilin fevral ayına qədər hazır olması barədə göstəriş verməsindən sonra oldu.

Oleq Kravçenko “Böyük Buz Evi”nin tikinti işləri üzrə meneceridir. “Biz hətta burada, Rusiyanın cənubunda da Qış Olimpiya Oyunlarının keçirilməsinə imkanımız olduğunu göstərmək istəyirik.”

Lakin 51 milyard dollara başa gələcək Soçi Olimpiadası tarixdə ən bahalı Olimpiada olacaq. Soçidəki işlər 6 il bundan əvvəl Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarından 5 dəfə sürətlə gedir və azı 6 dəfə baha başa gələcək.

Ətraf mühitin qorunması üzrə fəal Vladimir Kimayev Kremlin öz prestiji üçün pulları israf etdiyini deyir. “Dövlətin pullarını gələcəkdə lazım olmayaacaq tikililər üçün xərcləmək normaldırmı? Aldığımız məlumata görə, oyunlardan sonra xizək tramplini tamamilə söküləcək.”

Kimayəv və digərləri layihə üçün ayrılan 51 milyard dolların çox hissəsinin korrupsiya səbəbilə yoxa çıxdığını deyirlər. O, Qara Dənizin buz meydançalarını Qafqaz sıra dağlarına birləşdirən 48 kilometrlik yola baxır. “Marsa uçmaq üçün həyata keçirilən layihə 2 milyard yarıma başa gəlib. Krasnaya Polyanaya gedən yol isə 7 milyard yarıma. Bu, əslində qızıldan çəkilən yoldur.”

Soçidə “Miqrasiya və Əmək” təşkilatından vəkil Semyon Semyonov Orta Asiyadan olan çox sayda fəhlənin aldadıldığını deyir. “Çox hallarda xaricdən gətirilən işçilərın sənədləri alınır ki, onlara iş icazəsi verilsin. Lakin bu baş vermir. Ona görə də buradakı işçilər qeyri-qanunidirlər və istənilən vaxt qovula bilərlər.”

Simyonov Human Rights Watch-a mühacir işçilərin başına gələnlərlə bağlı onlarla misal gətirib.

Nüseyn Kərimoviç buraya Özbəkistandan gəlib. “Xizək tramplininin inşasının tez başa çatması üçün 10 adam gündüz, 10 adam isə gecə işləyirdi. İş başa çatdıqda podratçı işçilərə 6 min 500 dollar maaşı ödəmədən aradan çıxdı.”

Kreml isə ümid edir ki, gələn ilin fevralında Rusiya ilk Qış Olimpiadasını təmtəraqla yola verəcək.
XS
SM
MD
LG