Accessibility links

Barak Obama Olimpiya Oyunlarının keçiriləcəyi Rusiyanın Soçi şəhərinin təhlükəsiz olduğunu deyib


ABŞ prezidenti Barak Obama deyib ki, Qış Olimpiya Oyunlarının keçiriləcəyi Rusiyanın Soçi şəhəri təhlükəsizdir və o, Olimpiadanı izləmək üçün ölkəyə səfər edən amerikalıları planlarına davam etməyə çağırıb.

Cənab Obama cümə günü CNN televiziyasına fevralın 7-si başlayacaq Olimpiada və ABŞ-da böyük şirkətləri uzun müddətli işsizlərin işlə təmin etməyə həvəsləndirəcək yeni planı barədə danışıb.

Prezident işsizlik və mühacirət islahatları kimi uzun sürən problemlər üzərində işləmək üçün Konqresə müraciəti davam etdirəcək.

Prezident Obama deyib ki, o, böyük şirkətlərin uzun zaman işsiz olan insanların bu səbəbdən işə qəbul zamanı prosesdən kənarlaşdırmasına son qoyulmasını istəyir.
XS
SM
MD
LG