Accessibility links

Sofiko Şevardnadze: Amerika arzusu həqiqətən də mövcuddur


Sofiko Şevardnadze: Amerika arzusu həqiqətən də mövcuddur
Sofiko Şevardnadze: Amerika arzusu həqiqətən də mövcuddur

Jurnalist Sofiko Şevardnadze Amerikanın səsi ilə ABŞ haqda xatirələri ilə bölüşür

Jurnalist Sofiko Şevardnadze Russia Today tele-kanalının aparıcıdır. O, Gürcüstanın keçmiş lideri Eduard Şevardnadzenin nəvəsidir. Amerikanın səsinin rus xidmətinin veb səhifəsində onun Amerika haqda xatirələri dərc edilib.

Mən Amerikaya ilk dəfə doqquz yaşında gəlmişdim. Dil təmayüllü məktəbin şagirdi idim. Mübadilə prorqramı əsasında bir musuqili tamaşanı səhnyə qoymuşduq. 1980-ci illərdə bu, çox dəb idi.

O zaman Amerika ailəsində yaşayırdım və gördüyüklərim məndə böyük təəccüb doğururdu.

Bundan sonra isə Amerikaya tələbə kimi kollecdə təhsil almaq üçün gəldim. Bu, qeyri-adi bir səfər idi. Çünki əslində mən valideynlərimdəm qaçmışdım. Biz o vaxt Parisdə yaşayırdıq. Müstəqil olaraq sənədlərimi kinomatoqrafiya fakültəsinə göndərmişdim, valideynlərimsə sənədlərimi iqtisadiyyat kimi daha ciddi bir fakültəyə verməyimi istəyirdilər. Lakin mən fikrimdə qəti idim və kino sənətini öyrənmək üçün Boston universitetinə gəldim. Məhz o zaman mən Amerikanı özüm üçün kəşf etdim.

Amerikada tələbə kimi müstəqil həyata atıldım və hər şey məni valeh edirdi. Tələbə yataqxanasında qonşum çinli bir qız idi. Onun təmzikarlığı məni heyrətə gətirirdi. O hər gün üç dəfə yuyunur, özünə yaxşı baxırdı və idman zalında saatlarla məşğul olurdu.

Otağımın pəncərəsindən futbol meydançasını seyr edirdim. Orada gənclər Amerika futbolu oynayırdı. Mən bu idman növünü heç bəyənmirdim. Lakin sonra illər keçdikcə onu xoşlamağa başladım . Beysbolun qaydalarını indiyə kimi başa düşmürəm, amma oyuna baxmağı çox sevirəm.

Əvvəlcə, mənim dostlarım çox deyildi. Çünki onlar məni “Avropada zəngin ailədən çıxmış bir qızcığaz” kimi qəbul edirdilər. Lakin zaman keçdikcə dostlarımln sayı artdı, özü də onların çoxu Nyu Yorkdan idi. Buna görə mən də sonradan oraya köçdüm. Onlar mənə əsl dostluğun nə olduğunu başa düşməyə kömək etdilər. Mən indiyə qədər onlarla əlaqə saxlayıram. Bu gənclərin çoxu tanınmış ailələrdən çıxmışdı. Mən Avropada zəngin ailələrin uşaqları ilə tanış idim. Bu uşaqların 13 yaşı olanda onlara Rolex qızıl saat, sonra isə bahalı maşın alırdılar. Lakin Amerikdakı gənclər belə deyildi. Onlar adi cins şalvar və idman ayaqqabıları geyirdi, hamısı işləyirdi və dərslərindən əla qiymətlər almağa çalışırdı. Mənim ən yaxın dostlarımdan biri Donal Trampın qohumu idi. O bilirdi ki, heç vaxt pul çatışmazlığı problemi ilə qarşılaşmayacaq, amma bununla belə öyrənməyə həvəs göstərirdi. Ona görə də çox yaxşı oxuyur, üstəlik də işləyirdi.

Əlbəttə ki, Amerika məni səyahət etmək fenomeni ilə tanış etdi. Tez-tez kino-filmlərdə bir qrup gəncin köhnə bir Kraysler maşınında oraya bir yeşik pivə doldurub səyahət etdiyini görmək olur. Bax biz də belə edirdik.

Bu səyahətlər zamanı mən Amerika mətbəxini də özüm üçün kəşf etdim. İndi mən tam cəsarətlə soruşa bilrəm ki, yaxşı hamburqerin nə olduğunu bilirsinizmi? Ya da Amerika hindlilərininresepti ilə hazırlanmış qarğıdalı çörəyinin dadına baxmısınızmı? Bəs Şükran günü quşuüzümü sousu ilə stola gətirilən əsl hind toyuğunun nə olduğu haqda təsəvvürünüz varmı?

Conni Keşin mahnılarını dinlədikdə, aktyor və dramaturq Sem Şepardın əsərlərini oxuduqda isə Amerika mədəniyyətinin böyük bir mədəniyyət olduğunu anlayırsınız.

Sonralar mən Nyu Yorkda yaşamışam. Fikrimcə, “Amerika arzusu”nun real olduğunu anlamaq üçün hamı heç olmasa bir vaxt burada yaşamalıdır.

Kim nə deyir, desin, amma Amerika bir nömrəli ölkədir və Amerika arzusu da uydurma deyil, həqiqətən də mövcuddur.

Əlbəttə, indi bu arzunu gerçəkləşdirmək bir qədər çətinləşib, amma əsas bu arzunun olmasıdır. Bu ölkə sizə arzularınızı gerçəkləşdirmək imkanı verir, başqa ölkələrdə bunu etmək üçün bir çox çətinliklərlə qarşılaşırsınız. Burada siz ingilis dilini çox yaxşı bilmədən də uğurlu insan ola bilərsiniz. Əlbəttə, sizə deyəcəklər ki, ingilis dilini yaxşı bilmək üçün Folkneri orijinalda oxumalısınız. Amma Amerikanın gücü ondadır ki, burada hamıya eyni münasibət var. Siz hər yerdə və həmişə qanunla müdafiə olunursunuz. Bu, hamıya aiddir, bu dildə bir kəlmə deyən adama da, dilçiyə də, səhərdən axşama qədər danışan siyasətçiyə də.

Bu ölkənin qüdrəti də onun təkcə dünyanın iqtisadi inkişaf etmiş bir nömrəli ölkəsi olması ilə deyil, məhz bununla ölçülür.

Amerika ona görə maraqlı ölkədir ki, burada insanın özü-özündən xoşu gələ bilər. İnsan özünə görə utanmır.

Amerikada azadlıq mif deyil. Əgər Amerikaya gəlmək məcburiyyətində qalmış bədbəxt mühacir və ya qaçqın deyilsinizsə və buraya gələcək həyatınızı qurmaq üçün gəlmisinizsə, üstılik möhkəm iradə sahibisiniz, o zaman siz buna nail olacaqsınız. Çünki siz ənənələr birliyinin mövcud olduğu, azad və qanun tərəfindən müdafiə olunan bir cəmiyyətə düşürsünüz.

XS
SM
MD
LG