Accessibility links

Dünya turuna çıxan günəşlə enerjisi ilə çalışan təyyarə bazar ertəsi səfərinin növbəti hissəsini başa vuraraq Arizona ştatının Feniks şəhərində yerə enib.

Avropa və ya Şimali Afrikada dayanmaq üçün Atlantik okeanı keçməzdən əvvəl Solar İmpuls 2-nin pilotları Nyu-Yorka istiqamət alıb.

Solar İmpuls 2-nin qanadlarının uzunluğu təxminən 72 metrdir. Bu, Boeing 747-nin qanadlarından uzundur. Onun qanadlarına 17 mindən çox günəş batareyası yerləşdirilib ki, onlar təyyarənin pərlərini fəaliyyətə gətirir və gecə saatlarında uça bilmək üçün enerji toplayır.

Təşkilatçılar səyahətin nümayiş məqsədi daşıdığını, təmiz enerji texnologiyasının mümkünlüyünü sübut etmək üçün səyahət etdiklərini deyib.

Onların yekun məqsədi 2015-ci ilin martında səyahətə başladıqları Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu Dabi şəhərinə dönməkdir. Təyyarə artıq Oman, Myanmar, Çin və Yaponiyada dayanaraq yoluna davam edib.

XS
SM
MD
LG