Accessibility links

Elm

Günəş enerjisilə işləyən Solar İmpulse təyyarəsi Atlantik okean üzərində uçuş keçirir


Günəş enerjisi ilə işləyən Solar İmpulse təyyarəsi dünya səyahətinin 15-ci dayanacağı üçün Nyu-Yorkun Con Kennedi hava limanından göyə qalxıb.

Solar İmpulse 2 təyyarəsi Atlantik okean üzərində ən çətin uçuşunu planlaşdırır.

Təyyarəni isveçrəli pilot Bertrand Pikkard idarə edir. Pikkard və onun həmvətəni Andre Borsçberq tək oturacaqlı təyyarədə növbə ilə uçuşlar həyata keçiriblər.

Bertrand Pikkard və Andre Borsçberg

Bertrand Pikkard və Andre Borsçberg

Pikkard Atlantik okeanı üzərində 90 saat davam edəcək uçuş zamanı qısa fasilələrlə dincələcək. O və Borsçberq uzun uçuş zamanı ayıq qalmaq üçün keçirilən məşqlərin bir hissəsi meditasiya və hipnoz metodlarını öyrənib. Borsçberq Sakit okean üzərində 118 sat davam edən uçuş zamanı təyyarənin pilotu olub.

Solar İmpulse təyyarəsi hava şəraitindən aslı olaraq İspaniya və ya Fransada enməyi planlaşdırır.

Təyyarənin qanadında quraşdırılmış 17 min günəş batareyası günəş enerjisində istidafə edir və təyyarənin göyərtəsindəki batareyaları doldurur.

Pikkard və Borsçberq deyir ki, uçuşun məqsədi alternativ enerji mənbələri və yeni texnologiyaların imkanlarını nümayiş etdirməkdən ibarətdir. Onlar 2015-ci ildə martda səyahətə başladıqları Birləşmiş Ərəb Əmirliklərində Dubaya qayıtmağı planlaşdırır.

XS
SM
MD
LG