Accessibility links

Solar Impulse 2 təyyarəsi dünya səyahətini başa vurub


Solar Impulse 2 təyyarəsi dünya səyahətini başa vurub
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Bir il əvvəl Abu Dabi-dən uçuşa başladıqdan sonra dörd mühərrikə sahib Solar İmpulse 2 sınaq təyyarəsi dünyada ilk günəşdən topladığı enerji vasitəsiylə dünyanı dövr edib. Təyyarənin pilotları ümid edir ki, onların səyahəti ucuz və yenilənəbilən enerji mənbəyindən istifadəyə insanları təşviq edəcək.

Abu Dabi-dən 2015-ci ilin mart ayının 9-da ayrıldıqdan sonra mühəndislərin çoxu elektriklə işləyən təyyarənin okeanı keçə biləcəyinə skeptic yanaşırdı.

Lakin İsveçli pilotlar Andre Borsçberq və Bertrand Pikkard günəş enerjisinin nəinki uçuş üçün kifayyət qədər səmərəli, hətta dünyanı fosilə dayaqlı enerjidən yenilənə bilən enerji qaynaqlarından istifadəyə dəyişdirə bilər.

Andre Borsçberq: “Təyyarənin Günəş enerjisi ilə işləyə bilməsi üçün təyyarənin enerjiyə qənaət etmək gücü olmalıdır. Bizim bu texnologiya evlərdə, nəqliyyatda istifadə oluna bilər. Biz bunu dünyaya göstərmək istədik.”

Solar İmpuls 2-nin istehsalı 12 il vaxt aparıb. Təyyarə 43 min km-lik dünya səyahətini başa vurub.

Dörd 17.4 at gücü elektrik mühərrikləri və 72 metr uzunluğundakı qanada malik olan təyyarə adi avtomobildən o qədər də ağır deyil. 260 kvadrat metr həcmdəki günəş bateryaları təyyarəni gecə uçması üçün enerji ilə təmin edir.

Təyyarənin əlavə ehtiyat gücü və ikinci pilot üçün yeri yoxdur. Kabində istilik sistemi yoxdur və pilot sadəcə 20 dəqiqə yata bilər.

Solar İmpulse 2 dünya səyahətinə 15 dəfə fasilə verib. Hava şəraitinin yaxşılaşması gözlənməsi və bəzi hissələrin, həddən artıq qızan batareyaların dəyişməsi bu fasilələr vaxtı həyata keçirilib.

Səyahətə Monokada yerləşən Uçuş İdarə Mərkəzi tərəfindən nəzarət edilib.

Solar İmpulse-2 təyyarəsi 23 gün havada vaxt keçirib.

Abu Dabiyə qayıdanda Bertrand Pikkard missiyaların mesajını vurğulayıb.

Bertrand Pikkard: “Aviasiya tarixində mühim addım atılıb. Solar İmpulse enerji tarixində naliyyət əldə edib. Biz 40 min km yolu yanacaqsız getdik. İndi bunun gələcəyə daşımaq sizin növbənizdir.”

Təyyarənin istehsalında 80 mühəndis və texnik əməkdaşlıq edib. 170 miliyon dollara başa gələn Lahiyə xeyriyyəçilər, İsveç hökuməti və Avropa Fəza Agentliyi tərəfindən maliyyələşdirilib.

XS
SM
MD
LG