Accessibility links

Solar İmpulse-2 dünya səyahətini tamamlayıb


Solar Impulse-2 dünyanı dövr edən ilk günəş enerjisi ilə işləyən təyyarə olaraq tarixə düşüb.

İsveç mühəndisləri tərəfindən istehsal olunan təyyarə Əbu Dabidə hava limanına enib. Təyyarə bir il əvvəl 40 min km-lik səfər üçün məhz eyni məkandan hava qalxmışdı.

Günəş enerjisi ilə işləyən bu təyyarə dünya səyahəti zamanı 16 şəhərdə dayanıb. Təyyarəyənin qanadlarına yerləşdirilmiş 17 min günəş batareyası enerjini dörd mühərrikə ötürərək propellerin işə düşməsini elektriklə təmin edib.

Son dayanacağa olan səfəri zamanı təyyarəni Solar Impulse-un sədri Betrand Pikkard idarə edib. O və həmkarı Andre Borşberq dayanacaqlarda bir-birilərini növbə ilə əvəzləyərək dünya səyahətini başa vurublar.

Solar Impulse-2 45-90 km/saat sürətlə uçaraq səyahətə toplam 500 saat vaxt sərf edib. Təyyarə Oman, Hindistan, Birma, Çin, Yaponiya, Birləşmiş Ştatlar, İspaniya, İtaliya, Misir və Birləşmiş Ərəb Əmirliklərində uçuşuna fasilə verib.

Təyyarənin Birləşmiş Ştatlarda dayanacağına Kaliforniya, Arizona, Oklahoma, Ohayo, Pensilvaniya və Nyu-York ştatları daxil olub.

XS
SM
MD
LG