Accessibility links

Elm

Günəş enerjisi ilə işləyən təyyarə dünya səyahətinə başlayıb [Video]


Solar İmpulse 2-nin ilk sınaq uçuşu dörd saat çəkib. Daha sonra lahiyənin həmtəsisçisi Andre Borsçberq ikinci sınaq uçuşunda bütün günü havada qalıb.

Bu sınaq uçuşları çox mühim idi. Çünki sadəcə günəş enerjisi ilə işləyən dörd mühərrikə malik təyyarə ilə uçuş çoxlu xüsusi bacarıq tələb edir.

Solar İmpulse 2 tək oturacaqlıdır. Beləliklə Borsçberq və ikinci pilot Bertrand Pikkard beş ay ərzində 25 uçuşu növbə ilə həyata keçirəcəklər.

Hər iki pilot dünyaya davamlı enerji mənbələrinin hər gün istifadəsinin mümkünlüyünü göstərməyə çalışacaqlar.

Andre Borscçberq: "Günəş enerjisi ilə işləyən təyyarə ilə uçmaq üçün son dərəcə enerjini səmərəli işlədən təyyarəyə ehtiyacınız var. Bizim dünyaya nümayiş etmək istədiyimiz şey, bizim evlərdə, nəqliyyatda istifadə edə biləcəyimiz texnologiyamızın olmasıdır."

Təyyarənin işlək olması üçün o, yüngül olmalıdır, təyyarədə pilot kabinəsi yoxdur. Onlar uçuş zamanı yoqa ilə məşğul olaraq az yataraq dayanmadan beş gün uçuşu başa vurmalıdır.

Pilot Bertrand Pikkard şar ilə dünya ətrafını dövr edən ilk insandır. O həmçinin təmiz enerji tərəfdarıdır.

Bertrand Pikkard: "Biz göstərmək istəyirik ki, təmiz texnologiya və yenilənəbilən enerji ilə gecə-gündüz heç bir yanacaq işlətmədən təyyarədə uçmaq kimi qeyri-mümkün bir işə nail olmaq olar. . Bu yolla dövlət, şirkət və cəmiyyəti eneji istifadəsini azaltmağa cəlb etməklə bizim kimi səmərəli enerji istifadəçisinə çevirmək olar."

Solar İmpulse 2-nin avqust ayında Əbu Dabiyə uğurla çatması üçün 80-ə yaxın texniki işçisi uçuşa nəzarət edəcək.

XS
SM
MD
LG