Accessibility links

Günəş enerjisi ilə işləyən təyyarə növbəti dayanacağına yetişib


Günəş enerjisi ilə işləyən dünya səyahətinə çıxmış təyyarə Çinə çatıb. Bu təyyarənin dünya ətrafında səyahətinin beşinci dayanacağıdır.

Təyyarə Myanmardan ayrıldıqdan təxminən 20 saat sonra Çonqqinqə enib.

Tək oturacaqlı Solar İmpulse 2 təyyarəsinin 72 metr uzunluğundakı qanadı Boeing 747 təyyarəsinin qanadından daha uzundur və bir avtomobil ağırlığındadır. Təyyarənin qanadlarında 17 min günəş batareyası yerləşdirilib. Bu, onun gecə də uçmasına kömək edir.

Solar İmpuls 2 təyyarəsi iki isveçrəli alim tərəfindən 12 il ərzində qurulub.

Onlar hədəflərinin aviasiya sənayesində inqilab etmək olmadığını, əsas məqsədin alternativ enerji mənbələrini nümayiş etdirmək və yeni texnologiyanın nəyə qadir olduğunu göstərməkdən ibarət olduğunu deyib.

Təyyarənin dünya səyahətinə Oman, Hindistan, Myanmar və Çin daxildir. Sakit okeanı Havay adaları üzərindən keçdikdən sonra təyyarənin Birləşmiş Ştatlarda Arizonanın Finiks şəhəri, Nyu-York və hava şərtlərinə görə başqa bir yerdə dayanacağı gözlənir.

Son dayanacaqlar isə Atlantik okeanı üzərindən keçdikdən sonra Avropanın cənub bölgələri və şimali Afrika olacaq. Təyyarə iyul ayının sonu və ya avqust ayının əvvəlində Əbu Dabidə səyahətini tamamlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG