Accessibility links

Fransada solçular Milli Assambleyada 46 faiz yer əldə edib


Fransa prezidenti Fransua Hollandın Sosialist partiyası və onun müttəfiqləri parlamentdə əksəriyyət əldə edilməsi istiqamətində irəliləyir. Buna parlamentin aşağı palatası uğrunda seçkilərinin birinci raundunun nəticələri imkan yaradır. Solçular 577 yerli parlamentin aşağı palatası Milli Assambleyada 46 faiz yer əldə edib.

Sabiq prezident Nikola Sarkozinin mühafizəkar UMP partiyası 34, prezidentlik uğrunda yarışlarda üçüncü olan Marine Le Penin Milli Cəbhə partiyası isə 13 faiz səs qazanıb.

Təhlilçilərin fikrincə, yaşıllar və solçularla bərabər ötən ay hakimiyyətə gələn prezident Holland əksəriyyət əldə edərək, işsizlik problemini həll edə bilər.

Seçkilərin ikinci və sonuncu raundu iyunun 17-də keçirilməlidir.

XS
SM
MD
LG