Accessibility links

Amerikalı soul musiqisi ustası Solomon Burke dünyasını dəyişib


Amerikalı soul musiqisi ustası Solomon Burke dünyasını dəyişib
Amerikalı soul musiqisi ustası Solomon Burke dünyasını dəyişib

Amerikalı soul musiqisi ustası, müğənni və bəstəkar Solomon Burke 70 yaşında dünyasını dəyişib. Musiqiçinin ölümünün səbəbi müəyyən edilməyib. Solomon Burkenin öldüyünü onun təyyarəsinin endiyi Amsterdam Schipol hava limanının sözçüsü bildirib. Gremmy mükafatının laureatı və Rokn-Rollun şöhrət qalereyasının üzvü çərşənbə axşamı Asterdamda konsert verməli idi. Atlantik Rekords səs yazı studiyasının prodüseri Cerri Veksler Burkeni bütün zamanların ən yaxşı soul ustası adlandırmışdı. Burke “Cry to Me” mahnısı ilə şöhrət qazanmışdı. Mahnı və onun musiqisindən “Dirty Dancing” kino-filmində istifadə edilmişdi.

XS
SM
MD
LG