Accessibility links

Türkiyə rəsmiləri keçən həftə ölkənin qərbində yerləşən daş kömür mədənində 301 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı aparılan istintaqın tərkib hissəsi olaraq 3 nəfərə qarşı cinayət işi açıldığını, 22 nəfərinsə saxlandığını bildirir.

Şübhəlilər Türkiyə cinayət məcəlləsinin 85.2 maddəsinə əsasən ölümlə nəticələnən laqeydlikdə ittiham olunurlar, deyə dövlət ittihamçısı Bekir Şahiner bildirib.

Türkiyənin "Milliyet" qəzeti ilkin məlumatlara istinad edərək, partlayışa səbəbin karbon qazı detektorunun və tavanların metaldan deyil taxtadan olması da daxil edilməklə, bir neçə təhlükəsizlik qaydalarının pozulması olduğunu yazır.

Partlayış zamanı mədəndə 800-ə yaxın insanın olduğu bildirilir.

Mədəndə təhlükəsizliyin təmin edilmədiyi haqda iddialar Türkiyə hökumətinə və şaxta sahiblərinə qarşı kütləvi etirazlara səbəb olub. Mədəni idarə edən "Soma Kömür" şirkəti laqeydliklə bağlı ittihamları rədd edir.
XS
SM
MD
LG