Accessibility links

Türkiyədə kömür mədənində baş vermiş qəzada ölənlərin daha bir neçəsinin cəsədi çıxarılıb və ölənlərin sayı 301-ə yüksəlib.

Türkyənin enerji və təbii ehtiyatlar naziri Taner Yildiz deyib ki, mədəndə yalnız 3 şaxtaçınıın qaldığı ehtimal olunur və onların da sağ qalmaq şansı çox azdır.

Mədəndə bu gün başlamış yeni yanğın xilasetmə və bərpa işlərinin qarşısını alıb.

Xatırladaq ki, ötən çərşənbə axşamı Somada elektrik trasformatorunun partlaması Türkiyə tarixinin ən faciəvi mədən qəzasına səbəb olub.

Mədəndə başlayan yanğın günlərlə davam edərək xilasetmə işlərinə ciddi maneələr törədib. Artıq 3 gündür ki, heç kəs içəridən sağ çıxarılmır. Rəsmilər deyir ki, şaxtaçıların çoxu karbon qazından zəhərlərək dünyasını dəyişib.

Hökumət və mədən şirkətinin rəsmiləri 450 nəfərin xilas edildiyini bildirir.

Baş vermiş faciə ölkə boyu böyük etirazlara səbəb olub.
XS
SM
MD
LG